Texas ştatında Azərbaycan Günü elan olundu
ABŞ-ın energetika mərkəzi olan və çoxsaylı soydaşlarımız yaşayan Texas ştatının Dövlət katibi Rut Hyuz Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci ildönümü ilə əlaqədar rəsmi təbrik bəyanatını ünvanlayıb.
21 May 2020 10:36 SiyasətABŞ-ın energetika mərkəzi olan və çoxsaylı soydaşlarımız yaşayan Texas ştatının Dövlət katibi Rut Hyuz Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci ildönümü ilə əlaqədar rəsmi təbrik bəyanatını ünvanlayıb.
Olaylar.az bildirir ki, R.Hyuz imzaladığı bəyanatda 2020-ci il 28 may tarixini Azərbaycanın Milli Günü elan edərək müstəqil Azərbaycan üçün ən xoş arzularını çatdırmışdır. Eyni zamanda bu münasibətlə Texas ştatının 102-ci ildönümünü bayram etmək üçün Azərbaycana qoşulduğunu bildirərək əcdadlarımızın demokratiyanın yayılması üçün töhfələrini qeyd etməyə çağırış etmişdir.