"Azərbaycan bir sıra ölkələrə nümunədir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Musa Qasımlı bunları deyib: "Möhtərəm Prezidentimizin iştirakı ilə DOST mərkəzinin açılışı ölkəmizdə sosial sahəyə xüsusi diqqət yetirilməsinin göstəricilərindən biridir. Bir daha təsdiq olunur ki, dövlətimizin siyasətində üstün yer Azərbaycan vətəndaşının sağlamlığı, rifah halının yaxşılaşdırılması və məmnunluğunun təmin edilməsidir. Digər sahələrdə olduğu kimi bu sahədə də Azərbaycan bir sıra ölkələrə nümunə verir. Həmin təcrübə bəzi ölkələr tərəfindən də tətbiq edilir. Bunun bariz nümunəsindən bir də "ASAN" Xidmət Mərkəzidir. Məhz buna görə də vətəndaşlar Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər və dövlət siyasətini müdafiə edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31