"Biz şəhidlərin ruhu qarşısında baş əyirik" – İlham Əliyev
19 May 2020 16:53 SiyasətHeç kimlə müqayisə aparmaq istəmirəm, amma baxın, Ermənistanda müharibədə ölənlər olubdur. Onlara mənzil verilir? Onlara avtomobil verilir? Yox. Orada pullar faşistlərin abidələrinin ucaldılmasına xərclənir. Amma biz bütün bu işləri görürük və görməliyik. Bu, bizim mənəvi borcumuzdur.
Bunu Azərbaycan Preİdenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
"Mənim şəhid ailələri ilə çoxsaylı görüşlərim əlbəttə ki, cəmiyyət üçün də, şəhid ailələri üçün də çox önəmlidir. Biz şəhidlərin ruhu qarşısında baş əyirik və öz işimizi təkcə sözlə yox, əməllə təsdiq etməliyik. Ona görə artıq 7600 şəhid ailəsinə verilən evlər, - bu il onların sayı 9 minə çatacaq, - bizim əməli işlərimizin gözəl nəticəsidir", - Prezident qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31