Misir prezidenti İlham Əliyevi təbrik etdi

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir:

"Zati-alinizə və Sizin timsalınızda dost xalqınıza ölkənizin milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Mən bu gözəl fürsətdən istifadə edərək dost ölkələrimizin maraqları naminə ikitərəfli münasibətlərimizin bütün sahələrdə daha da inkişafını ürəkdən arzuladığımı bildirirəm.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31