Fəzail İbrahimli: “Paşinyan faşistlərə özü müraciət edib, əsir düşüb”
19 May 2020 12:02 Siyasət"Belə bir ərəfədə AXC-nin banisi Məhəmməd Əmin Rəsulzadə Paşinyana qarşı ittihamlar irəli sürüb. İddia belə qoyulur: əgər mənim babam faşizmin tərəfdarıdırsa, onda sizin dövlətin qurucusu da faşiztlərlə əlaqədə olub. Ancaq bu sayıqlamadır".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli Nikol Paşinyanın Məhəmməd Əmin Rəsulzadəyə qarşı səsləndirdiyi ittihamlara cavab verərkən deyib. F.İbrahimli bildirib ki, insan həyatda iki dəfə sayıqlayır: bir xəstəlikdən hərarəti qalxanda, bir də zərbə alanda. Bu, Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə almış Paşinyanın sayıqlamasıdır:
"Paşinyan faşistpərəst olmayıb. O xəyanət edib, o ideologiyadan istifadə edib. Faşizmdən bir pay almaq üçün yararlanıb. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir. Rəsulzadəni Stalin özü ilə apardı, o, boynunu büküb Stalindən böyük bir pay ala bilərdi. Ancaq bundan imtina etdi, ölkəni tərk elədi və ömrünün sonunadək öz ideyalarına sadiq qaldı. Paşinyan isə faşistlərə özü müraciət edib, əsir düşüb, faşistlərdən nəsə qoparmaq istəyib. Amma Rəsulzadəni dəvət ediblər, kommunizmin əleyhdarı kimi ona əməkdaşlıq təklif ediblər. Lakin Rəsulzadə "Azərbaycan müstəqil olmalıdır"- sözünü deyəndə cavab verilib ki, "ölkəni tərk etməlisən!"