Deputat: “Azərbaycan ensiklopediyası bərbad vəziyyətdədir”
19 May 2020 11:27 Siyasət"Azərbaycan ensiklopediyası bərbad vəziyyətdədir".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, ölkə başçısı bunun üçün kifayət qədər vəsait ayırıb: "Ancaq bu sahəyə naşı münasibət var. Məsələn, Xalq Cümhuriyyətinin ensiklopediyasında "Ararat" parlamentində təmsil olunan 3 müsəlman deputatın adı olması ilə bağlı qeyd var. Amma onların kim olduğu, onlara söz verilibmi, bununla bağlı heç bir məlumat yoxdur. Hesab edirəm ki, bu sahədə nizam yaradılmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31