Deputat: “Xalqa Əli Kərimlinin fikrindən daha çox serial maraqlıdır”

"Təklif edirəm ki, hər bir şəxsin digər şəxs haqqında aşağılayıcı sözü cinayət hesab edilsin və cəzalandırılsın. Hər kəsə bəllidir ki, Milli Şura adlanan dərnək  tərəfindən xalqa qarşı aşağılayıcı fikirlər səsləndirilir. Buna heç bir halda yol verə bilmərik. Hesab edirəm ki, deputat həmkarlarım da bu məsələdə öz mövqeyini bildirməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Siyavuş Novruzov deyib. Deputaın sözlərinə görə, hər kəs istəyər ki, keçirdiyi tədbir işıqlandırılsın:

"Ona görə də tədbirlərə mətbuat nümayəndələri dəvət olunur. Amma Milli Şura üzvləri deyir ki, hökumət kibercinayətkarlıq edir, bizim tədbiri izləyir, yayır. Qənimət Zahid deyir ki, iclasları serialların vaxtına salmayaq, çünki hamı seriala baxır, Əli Kərimlinin sərsəmləmələrini dinləmir. Deməli, xalqa Əli Kərimlinin fikrindən daha çox serial maraqlıdır. Ermənidən dönəndən nə danışır danışsın, biz Azərbaycan xalqının övladlarıyıq və bu xalqı qorumalıyıq".

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31