Laçın rayonunun işğalı ilə bağlı virtual təbliğat aksiyasına start verilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi 18 may Azərbaycan Respublikasının Laçın rayonunun Ermənistan tərəfindən işğalının 28-ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına başlayıb. "OLAYLAR"-a nazirlikdən bildirilib ki,  kampaniyaya dəstək olmaq üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən hazırlanmış və birliyin rəsmi http://www.virtualkarabakh.az  portalında,

https://www.youtube.com/virtualkarabakhtv youtub kanalında və rəsmi feysbuk səhfəsində

www.facebook.com/virtualkarabakh/Laçın rayonu və onun işağılının acı nəticələri ilə bağlı paylaşılan məlumatlarla, nümayiş etdirilən 3D qrafik təsvirli film, infoqrafikalar və digər foto və video materiallarla tanış olub, onları aşağıdakı həştəqlərdən istifadə etməklə sosial şəbəkələrdə aktiv şəkildə paylaşmaq mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31