Qənirə Paşayeva: “Laçın da, digər torpaqlarımız da mütləq işğaldan azad olunacaq”
18 May 2020 13:26 Siyasət"Bu gün gözəl Laçınımızın işğalçı Ermənistan tərəfindən işğal edildiyi gündür. 28 ildir Laçın həsrəti, Laçın ağrısı ilə yaşayırıq. Laçın da, digər torpaqlarımız da mütləq işğaldan azad olunacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib. "Bu istiqamətdə çalışmaq isə hər bir azərbaycanlının müqəddəs borcudur.Ancaq işğal altında olan torpaqlarımızı işğaldan azad etməklə şəhidlərimizin ruhunu şad edə bilərik. Nur içində yatsınlar"-deyə, o, əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31