Donald Tramp Azərbaycanın qlobal təhlükəsizliyin təmin olunmasındakı xidmətlərini yüksək dəyərləndirib

Mayis Səfərli: "Bu, onun və ölkəsinin dövlətimizə və Prezidentimizə hörmətinin və inamının ifadəsidir"

"Qarşıdan milli bayramımız- 28 May Respublika Günü gəlir. Bu münasibətlə dünya liderləri - dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ölkəmizin Prezidentinə və xalqımıza təbrik məktubları ünvanlayırlar. Azərbaycan Respublikası Prezidentinin internet səhifəsində yerləşdirilən həmin təbriklərin həm cografiyası, həm də məzmunu dövlətimizin müasir dünyada artan hörmət və nüfuzundan xəbər verir". Bunu "OLaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, bu baxımdan zəmanəmizin ən güclü dövləti Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın məktubu, xüsusi olaraq, diqqəti cəlb edir: "Azərbaycanın qlobal təhlükəsizliyin təmin olunmasındakı xidmətlərini yüksək dəyərləndirən Prezident  D.Trampın birmənalı şəkildə "Birləşmiş Ştatlar  Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir" deməsi, onun və ölkəsinin dövlətimizə və Prezidentimizə hörmətinin və inamının ifadəsidir. Azərbaycanın dünyada qazandığı nüfuz, təbii ki, ölkəmizin beynəlxalq proseslərdə oynadığı müsbət rol ilə baglıdır. Torpaqlarımızın 20 %-nin Ermənistan tərəfindən işğal edilməsinə, bu səbəbdən bir milyondan artıq yurddaşlarımızın dogma yurdundan - yuvasından didərgin düşməsinə baxmayaraq, ölkəmiz dünya miqyasında sülhün, əmin - amanlıgın, geniş iqtisadi əməkdaşlığın inkişafına layiqli töhfələr verən dövlətlər sırasındadır. Azərbaycanın beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsi, satışı və insan alverinə qarşı mübarizənin təşkilindəki xidmətləri dövlətimizin nüfuzunun daimi artmasına rəvac bu verən amillərdir. Prezident Ilham Əliyevin təşəbbüsü və liderliyi ilə Avropanın enerji təhlükəsizliyinin təmininə istiqamətlənən neft, qaz marşrutlarınının və mənbələrininin şaxələndirilməsi, Asiya ölkələrini Avropa ilə, materikin şimalını cənubu ilə bağlayan nəqliyyat yollarının tikintisi ilə əlaqədar nəhəng layihələrin reallaşdırıması Azərbaycanı dünyada etibarlı söz sahibi etmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31