Erməni xislətinə uyğun yalan

Yaxud Paşinyanın Rəsulzadə barədə sərsəmləməsi

Ermənistan rəhbərliyi artıq hər addımbaşı özünün sərsəm, həqiqəti təhrif edən açıqlamaları, fikirləri ilə həm özünü, həm də ölkəsini nüfuzdan salır, qeyri-ciddi imicini formalaşdırır. Bir neçə gün əvvəl qələbənin 75 illiyi ərəfəsində aşist Almaniyasına xidmət edən babasının fotosunu paylaşmaqla gündəm olan və haqlı olaraq qınanaraq faşizmin təbliğatçısı kimi təqdim edilən Nikol Paşinyan bu dəfə də "gündəm" olmağı bacarıb. Belə ki, tarixdən, eləcə də siyasətdən anlayışı olmayan Paşinyan bu dəfə Azərbaycan Xalq Cümhriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəyə dil uzadıb və Rəsulzadənin də Hitlerlə, faşist Almaniyası ilə əməkdaşlıq etdiyini iddia dib. Erməni baş nazirin tarixi təhrif etmək, eyni zamanda Rəsulzadəyə iftira atmaq kimi fikirləri haqlı olaraq Azərbaycan cəmiyyətində etiraz yaradıb və Paşinyanın sərsəmlikləri kəskin tənqid olunub.

Siyasi ekspert Xəyal Bəşirov deyib ki, Ermənistana bu günə kimi Nikol Paşinyan qədər uğursuz və səriştəsiz insan rəhbərlik etməyib. Onun sözlərinə görə, Paşinyan ölkədə baş verən protestlərdən sonra hakimiyyətə gəldiyi zaman bir çoxları səhvən də olsa ona bir demokrat kimi müəyyən ümidlər bəsləyirdilər: "Ancaq çox qısa zamanda bu insan ona olan bütün ümidləri alt-üst eləmiş oldu. Qarabağ kartından istifadə etməklə, hər həftə vertolyota minib Qarabağa gedib-gəlməklə hələ ki, erməni xalqını tərəddüd vəziyyətində saxlamağa nail olur, ancaq nə zamana kimi?! İndi də, Münhen Təhlükəsizlik Konfransında 15 fevralda baş verənlərdən sonra bu günə kimi keçən 3 ay ərzində axtarıb, araşdırıb özünə görə çox böyük tarixi bir mənbəni, ancaq əslində isə çox uğursuz və əsassız bir faktı ortaya qoydu. Qaregin Nijde kimi bütün həyat və fəaliyyətini faşist ideologiyasına həsr edən birinə heykəl qoymuş dövlətin baş naziri M.Ə. Rəsulzadəni nasistlərlə əməkdaşlıqda günahlandırmaq üçün faktlar axtarır. Düşünürəm ki, koronavirus pandemiyasının yeni bir əlaməti də ola bilər".

Politoloq Ramiyə Məmmədova isə bildirib ki, Ermənistanın baş naziri artıq öz tarixlərini unudub indi də Azərbaycan tarixini saxtalaşdırmaq yolunu tutub: "Hansısa guya "arxivlərdən" qəzetlər, şəkillər çıxardıb, hələ utanmadan bir də mətbuata göstərərək müsahibə verir. Ermənilr öz tarixlərini yalan üstündə qurublar. Nasist Njdenin biyabırçı tarixini üzə çıxardıb gözlərinə soxduq ki, o faşistlərə çalışırdı, bir çox insanları qanına qəltan edibdi. Üstəlik Paşinyanın babası da Njdedən fərqli olmayaraq faşist olub. Bunu da başına çırpdıq. İndi bu axmaq bizə, Azərbaycanın qurucusuna və tarixinə dil uzadır. Ermənilər dərs alan millət deyil". Politoloq deyib ki, ermənilərin xisləti dəyişən deyil: "Bunların bir yolu var. Qarabağ torpaqlarını faşist ermənilərin qanları bahasına əllərindən almaq, İrəvan xanlığını geri qaytarmaq və İrəvanda Azərbaycan bayrağını ən uca yerdə asmaq".

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Azərbaycanın Ermənistana qarşı faşizm üzərindən diplomatik və informasiya hücumuna keçməsi artıq işğalçı ölkədə narahatlıq yaradıb. Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın Azadlıq radiosuna verdiyi müsahibədə Azərbaycan Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulazadəni Hitlerlə əməkdaşlıqda ittihamları çox gülünc və erməni xislətinə uyğun yalan danışmaqdır: "Məmməd Əmin Rəsulzadə Hitleri işğalçı və xalqlara qarşı faciə törətməkdə ittiham edib və Hitlerin Azərbaycana müstəqillik vədinə inanmadığını vurğulayıb. M. Ə. Rəsulazadə heç vaxt faşistlərlə əmədaşlıq etməyib və SS üzvü olmayıb. Tarxi faktlar ortadadır.Azərbaycan legionerləri barədə Paşinyanın qeydlərinə gəldikdə isə, ümumiyyətlə Alman ordusunda bir çox millətlərdən formalaşan legionerlər olub. Faşist ordusunda ermənilər burada əsasən, yəhudilərə qarşı soyqırımında fəallıq ediblər".

Məhəmməd Əsədullazadə deyib ki, bu gün Ermənistanda faşist Qaragen Njdeyə 6 metrlik abidə qoyulması, birbaşa bu ölkənin Azərbaycan xalqına qarşı faşist idelogiyası ilə hərəkət etməsidir: "Qarabağda erməni faşizmi davam edir. Nikol Paşinyanın Məmməd Əmin Rəsulazadə haqqında qeydlərini həm Rusiyada, həm də Azərbaycanda yaxşı bilirlər ki, yalandı".

AĞ Partiyanın sədri Tural Abbaslı da deyib ki, terrorçu ölkə olan Ermənistanın savadsız və səviyyəsiz baş naziri N.Paşinyan Berlində keçirilən bir təsbirdə M.Ə.Rəsulzadəyə dil uzadıb: "Onu ikinci dünya müharibəsində nasistlərlə və Hitlerlə əməkdaşlıq etməkdə suçlayıb. Bu hərəkəti ilə də guya öz aləmdə doğma babasının qaniçən faşistlərə köpəklik etməsi və nasist erməni Nijdenin ifşasına cavab verib. Bu bədbəxt və savadsız məxluğun xəbəri yoxdur ki, M.Ə.Rəsulzadə nasist Almaniyasıyla heç bir əməkdaşlıq etmədiyi və sazişlərə razılaşmadığı üçün oranı tərk etmək məcburiyyətində qalıb. Müharibə bitdikdən sonra da təmiz olduğu üçün heç bir məhkəmə prosesinə çəkilməyib. Rəsulzadənin ideologiyasının nə olduğunu, hansı dəyərlər uğrunda mübarizə apardığını və ömrünü hansı dəyərlərə fəda etdiyini bütün dünya bilir. Odur ki, mənim bu təsadüfi bloger baş nazirə məsləhətim odur ki, get oyununu oyna, belə ciddi işlərə burnunu soxma. Əgər, illah da tarixi araşdırmaq istəyirsənsə köməksiz uşaq, qadın, qoca demədən 1918-ci ildə də Azərbaycanın müxtəlif şəhər və qəsəbələrində və 1992-ci ildə Xocalıda qətl etdiyiniz insanların taleyini araşdır. Qarabağımızın azadlığı isə belələrinin boğazını üzəcək Azərbaycan əsgərindən və şanlı ordumuzdan asılıdır. İnşallah o günlər də uzaqlar.da deyil".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31