Gecikmiş etiraf- və “Milli Şura”nın antimilliliyini təsdiq edən dəlillər

Əslində Milli Şuranın millilikdən tamamilə uzaq, antidemokratik, antimilli bir qurum olduğunu elə həmin qurumun təsis edildiyi ilk günlərdən istər kütləvi inormasiya vasitələri olaraq bizlər, istərsə də siyasi səhnəni təmsil edən ayrı-ayrı şəxslər açıq şəkildə söyləmişdilər. Lakin reallıq hissindən, doğrulardan tamamilə uzaq olan antiMilli Şura və orada təmsil olunanlar bu həqiqətləri qətiyyən qəbul etmir, onlara çamur atıldığı iddiasını ortaya qoyurdular. Lakin zaman və antiMilli Şuranın fəaliyyətində nəzərə çarpan bir sıra antidövlət, antimillət elementləri həmin qurum barədə deyilənləri təsdiqləmiş olurdu.  İlk növbədə antiMilli Şuranın daxili istək, sosial sifariş deyil, Azərbaycana bu və ya digər dərəcədə təsir göstərmək istəyən, burada öz maraqlarını təmin etməyə çalışan xarici dairələr tərəfindən təsis olunması həmin qurum barədə belə bir rəyin formalaşmasına imkan verirdi. Eləcə də sözügedən qurumun fəaliyyəti dövründə ortaya qoyduğu siyasi mövqe, keçirdiyi aksiyalar, səsləndirdiyi şüarlar, verdiyi açıqlamalar Milli Şura adlanan qurumun antimilliliyi barədə deyilənləri təsdiqləyirdi. Keçirdiyi aksiyalarda Azərbaycan bayraqlarından çox Avropa Şurası və Avropa İttifaqının bayraqlarının dalğalanması, ingilis diilli və qoca qitənin Azərbaycana münasibəti o qədər xoş olmayan siyasi təsisatlarına çağırış xarakterli şüarların səsləndirilməsi, bütün bunlar azmış kimi istənilən prinsipial məsələlər, hətta Azərbaycan tarixinə müstəqillik illərində qızıl həriflərlə yazılan zəfərlərdəın sayılan Aprel döyüşləri zamanı antiMilli Şura təmsilçilərinin oraya qoyduqları dövlətçilik əleyhinə mövqe, milli maraqlara zərbə vuran fikirlər səsləndirmələri həmin qurum barədə deyilənlərinın əslində reallıq olduğunu sərgiləyirdi. Ötən müddət ərzində adıçəkilən qurumu tərk edən siyasi təşkilatlar və ayrı-ayrı şəxslər də məhz antiMilli Şuranı tərk etmələrinə səbəb kimi bu qurumun milli maraqlardan uzaq, qeyri-konstruktiv yanaşma, hətta milli-mənəvi dəyərləri nəzərə almadığını əsas gətirirdilər. Necə ki, bu günlərdə sözügedən qurumun Koordinasiya Mərkəzinin üzvü, qurumun ilk yaradıcılarından biri olan Eldəniz Quliyev Milli Şuranı qeyd etdiyimiz səbəblərdən dolayı tərk etdiyini açıqladı. Elə Eldəniz Quliyevin Milli Şuranı tərk etməsinə səbəb kimi göstərdiyi məqamlar sırasında da onun demokratik təsisatlar, eləcə də mental dəyərlər uğrunda mübarizə aparmadığı qeyd edilir.

Eldəniz Quliyev təəssüf hissi ilə qeyd edib ki, Milli Şura qəbul etdiyi mübarizə prinsiplərində düşünülmüş, alternativ və konstruktiv müxalif fəaliyyət fəlsəfəsində, eləcə də öz strateji addımlarında əqidə mutasiyasına yol verib.

Həqiqətən də istər indiyə qədər Milli Şura tərəfindən ortaya qoyulan mövqe, istərsə də son vaxtlar hakimiyyət tərəfindən həyata keçirilən siyasi islahatlar və açılıma bu qurumun sərgilədiyi qeyri-obyektiv mövqe və konstruktivlikdən kənar münasibət Eldəniz Quliyevin dediklərini bir daha təsdiqləyir və Milli Şuranın konstruktiv fəaliyyətdən daha çox radikallığıa meyilli olduğunu sübuta yetirir. Əks təqdirdə bu qurumda ölkənin mütləq əksəriyyət siyasi partiyaları kimi hakimiyyətin əməkdaşlıq mesajları, bu məqsədlə uzanan əlini geri çevirməzdi. Digər siyasi qüvvələr, partiya və ictimai təçkilatlar kimi ölkənin daha yaxşı gələcəyi, yeni mühitə uyğunlaşan siyasi mühit üçün çalışar, hakimiyyətə dəstək olardı. Ancaq gördüyümüz qədər, eləcə də Eldəniz Quliyevin də haqlı olaraq vurğuladığı kimi Milli Şuranın fəaliyyətində qeyri-konsturktivlik mövcuddur.

Yaxud bu qurumun, eyni zamanda onun rəhbərliyinin mental dəyərlərə hörmət etmədiyi barədə deyilənlər də tam doğrudur.  Eldəniz Quliyevin dediyi kimi əks halda Cəmil Həsənli Amerikada ərə getməyi ilə fəxr eləyən və hər gün üstümüzə çamur yağdıran saqqllı bir üzdəniraqla fəxr etməzdi.

Göründüyü kimi, antiMilli Şuranın millilikdən tamamilə uzaq olduğu, dövlətçilik, milli maraqlar əleyhinə fəaliyyət sərgilədiyi artıq onu təsis edən, yaradanlar tərəfindən də etiraf edilir. Düzdür, bu kimi etiraflar bir qədər gecikmiş olsa da, hər halda onun dilə gətirilməsi,  olub-keçənlərdən nəticə çıxarılması da müsbət addımdır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31