"Azərbaycanla ABŞ-ın əməkdaşlığı, dostluğu, strateji müttəfiqliyi hər iki ölkənin bir-birinə verdiyi qiymətlə bağlıdır"

Hesab edirəm ki, bu sadəcə təbrik deyildi, bu Azərbaycan-ABŞ münasibətlərinə verilən bir xarakteristikadır.

Bunu Milli.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə söyləyib.

"ABŞ sıradan bir ölkə deyil, dünya siyasətinin əsas aparıcı fiqurlarından biridir və onun ayrı-ayrı ölkələrlə münasibəti dünyada təhlükəsizliyin qorunmasında, iqtisadi inkişafın yüksəlməsində, dünya qarşısında duran böyük problemlərin həllində böyük rol oynayır.

Bu gün ABŞ da daxil olmaqla, dünyanın iri ölkələri Azərbaycanla münasibətə böyük əhəmiyyət verirlər. Ərazimizin kiçk, müstəqillik tariximizin qısa olmasına baxmayaraq qısa zamanda Azərbaycan dünya birliyində yüksək nüfuz qazana bilib.

Deputat bildirib ki, Azərbaycan təhlükəsizliyin qorunmasına tövhəsini verir, milli dövlət quruculuğunda böyük nailiyyətlər əldə edir, regionda stabilliyin və sülhün əsas faktoruna çevrilir.

"Bu baxımdan bugün ayrı-ayrı dövlətlərin, konkret olaraq ABŞ-ın Azərbaycanla münasibətlərinə çox böyük diqqət yetirirlər. Birgə fəaliyyət, Azərbaycanın təbii ehtiyatlarının istifadə etmə təcrübəsi böyük diqqətdədir. 

"Aydın məsələdir ki, bu gün Dağlıq Qarabağ münaqişəsi Azərbaycan rəhbərliyinin səyi nəticəsində dünya gündəliyinin əsas problemlərindən biridir. ABŞ prezidentinin bu məsələyə diqqət yetirməsi, bu problemin həllini dəstəkləməsi əlbəttə vacib məsələdir.

Hesab edirəm ki, bu gün Azərbaycanla ABŞ-ın əməkdaşlığı, dostluğu, strateji müttəfiqliyi hər iki ölkənin bir-birinə verdiyi qiymətlə bağlıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31