Bəhruz Quliyev: “Trampın təbrik məktubu Azərbaycana olan dəstəyin bariz göstəricisidir”

"Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlaması və Amerika xalqı adından salamlarını çatdırması eyni zamanda bir sıra mühüm mesajları önə çıxarıb". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı açıqlamasında deyib. 

Onun sözlərinə görə, burada əsas məqamlardan biri budur ki, Amerika Prezidenti burada amerikalılarla azərbaycanlıları böyük xalq olaraq tərənnüm edib və bunun timsalında 30 illik əməkdaşlığı göstərib: "Həmçinin, Azərbaycanın beynəlxalq aləmdə mühüm faktora çevrilməsi fonunda təhlükəsizlik, enerji təminatçısı kimi dəyərləndirilməsi də əhəmiyyət kəsb edən faktorlardandadır. Ümumiyyətlə, enerji marşrutlarının və mənbələrinin şaxələnədirilməsi istiqamətində iki dövlət və xalq arasındakı münbit əməkdaşlıq amili bir daha öz təsdiqini tapmaqdadır".

"Bu sahələrlə yanaşı, cənab Trampın təbrik məktubunda Azərbaycanda demokratik mühitə də yüksək qiymət verməsi barədə fikirlərini irəli sürməsi də sübut edir ki, ölkəmiz demokratiya aliliyinin qorunmasında, idarəçiliyində və inkişafında öncül yerlərdən birini tutmaqdadır", deyən baş reaktor hesab edir ki, Azərbaycan daim insan hüquq və azadlıqlarının qorunması baxımından örnək olaraq göstərilməkdədir: "Əbəs deyil ki, demokratiyanın beşiyi adlandırılan ABŞ bu kimi addımların atılmasında dəstəyini ifadə edir. Ümumiyyətlə, onu da nəzərə alaq ki, Donald Tramp hazırda dünyanı cənginə alan koronavirus pandemiyası dövründə Amerika xalqının Azərbaycan xalqının yanında olduğunu bəyan etməsi ilə eyni zamanda ölkəmizin humanizm dəyərlərinə verdiyi töhfələri də nəzərdə tutur və ona dəstəyini ifadə edir. Əbəs deyil ki, Azərbaycan təhlükəli infeksiya ilə mübarizədə digər ölkələrə nümunə etalonu olaraq göstərilməkdədir".     

"Lakin sözügedən təbrik məktubunda veriləm ən əsas mesaj Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi bəyanatıdır", deyən Bəhruz Quliyev hesab edir ki, ABŞ Minsk qrupunun həmsədr ölkəsi olaraq, Azərbaycan torpaqlarının işğala məruz qoyulması faktını tanımaqdadır: "Bildiyimiz kimi, bunu istər BMT-nin dörd qətnaməsi, istərsə də, digər nüfuzlu beynəlxalq təşkilatların sənədləri də sübut etməkdədir. Bu yanaşmadan çıxış edən Donald Tramp məktubunda Amerika tərəfinin Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsindəki iştirakının davam etdiriləcəyini vurğulayıb. Ümumiyyətlə, ABŞ-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə xidmət edən təbrik məktubu ölkələrimizin qarşıda daha geniş spektorda əməkdaşlıq funksionallığını artıracaq və xalqlarımızın məafeyinə xidmət edəcək"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31