Məlahət İbrahimqızı Himayəçilər Şurasına üzv təyin edildi
15 May 2020 15:41 SiyasətMənəvi Dəyərlərin Təbliği Fondunun Əsasnaməsinə əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının may ayının 14-də imzaladığı əmrlə Milli Məclisin deputatı Məlahət İbrahimqızı DQİDK tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü təyin edilib. Fonddan "Olaylar"a bildirilib ki, Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il oktyabr ayının 10-da imzaladığı Fərmanla ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunmasını və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31