Azərbaycan koronovirus müharibəsindən qalibiyyətlə çıxmağı bacardı - MÜNASİBƏT

 İlham Əliyev bütün dövlətləri və xalqları bir araya gətirən bəşəri insanlıq həmrəyliyini ortaya qoydu

Koronavirus pandemiyasının müşahidə olunduğu ilk andan Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq ölkəmizdə əhalinin sağlamlığının qorunması, məşğulluğun, sosial rifahın dəstəklənməsi, iqtisadiyyatın stimullaşdırılması istiqamətində addımlar atıldı. Konkret olaraq, pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkədə reallaşdırılan tədbirlərə 3,5 milyard manatdan çox, o cümlədən məşğulluq və sosial rifah bölməsinə 600 milyon manat vəsait ayrıldı. 4 istiqamət üzrə həyata keçirilən 12 tədbirin 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizindən çoxunu əhatə etdi, pandemiya dövründə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yerinin və əməkhaqqı qorundu. Hər ay əhalinin 23 faizinə və ya 2 milyon 340 min nəfərindən çoxuna sosial ödənişlərin davamlılığı təmin edildi.İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsi əhatə edən birdəfəlik ödəmə proqramı reallaşdırıldı, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırıldı.

Təsadüfi deyil ki, Sumqayıtda "Gilan Tekstil Park" MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı zamanı Prezident İlham Əliyev deyib ki, başqa ölkələrlə, o cümlədən əhalisi bizimlə eyni sayda olan ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır: "Ancaq bu, o demək deyil ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Koronavirus qeyb olmayıb, koronavirus dolaşır. Peyvənd icad edilənə qədər bu problem mövcud olacaq. Ona görə vətəndaşlar da buna hazır olmalıdırlar. Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər. İndi biz yumşalma addımlarımızı artırırıq və siz bilirsiniz ki, bütün dünyada bu proses gedir. Hətta bu gün yüzlərlə vətəndaşı vəfat edən ölkələr artıq açılırlar. Çünki başqa cür mümkün deyil. Biz də yavaş-yavaş bu istiqamətdə gedirik. Ancaq burada əsas məsələ vətəndaşların məsuliyyətidir. Çünki dövlət nə lazımdırsa, onu edir. Bütün resurslar səfərbər edilib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır".

YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, Azərbaycan dünyanı ağır həmlələri ilə sarsıdan koronavirus müharibəsinə qarşı mübariz siyasi iradəsini ortaya qoymaqla bu savaşın birinci mərhələsindən qalibiyyətlə çıxmağı bacardı. Bir çox dövlətlər hesabsız itkilər verdiyi halda ölkəmiz cənab Prezident İlham Əliyevin uzaqgörən qətiyyəti və xalqın həmrəylik gücü sayəsində pandemiyanı dəf etdi. Vaxtında görülmüş və düşünülmüş tədbirlər sayəsində ölkəmiz özünü həqiqətən də faciəli ssenaridən qurtara bildi. Dövlət başçısının bəyan etdiyi kimi Azərbaycanda koronavirusa qarşı mübarizədə ən yaxşı təcrübəni tətbiq etdi, Bu, ən mütərəqqi və ən insansevər təcrübədir: "Sözsüz ki, çətin sınaq günlərində Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın xalqımıza çağırışları milli həmrəyliyimiz sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. Xalqımız bu çağırışlara qoşularaq karantin rejiminə riayət etməklə bərabər, insanlıq, yardımlaşma, qarşılıqlı anlayış, mərhəmət hisslərini bölüşdü. Mehriban xanımım müraciətində deyildiyi kimi "Biz öz Vətənimizin təhlükəsizliyinin qayğısına qalırdıq və qalırıq, təhlükəyə qarşı yenilməz birlik nümayiş etdiririk".Azərbaycan Prezidenti xalqımızın sağlamlığı ilə bərabər, bəşəriyyətin, bütün xalqların sağlamlığını düşünüərək insanpərvərliyini dünyaya nümayiş etdirdi, beynəlxalq həmrəyliyə dərin dəstək verdi, bütün dövlətləri və xalqları bir araya gətirən bəşəri insanlıq həmrəyliyini ortaya qoydu, Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil etməklə dünya müharibəsindən qurtarmaqda öz səylərini və imkanlarını əsirgəmədi. Bu, beynəlxalq birliyin Azərbaycan Prezidentinə olan dərin hörmət və ehtiramını artırdı". Onun sözlərinə görə, Azərbaycanın nümunəvi yanaşması həm Azərbaycan vətəndaşları tərəfindən, həm də, beynəlxalq təşkilatların dövlət başçısına ünvanlanmış təşəkkür məktublarında öz əksini tapmaqdadır: "Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun Prezidenti İlham Əliyevə ünvanladığı məktubda növbəti dəfə COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirən Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirdi. Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyi nümunəvi adlandırdı."Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir" deyən Mehriban xanım xalqımızın qayğısına qalan fədakar insan kimi vətəndaşlarımızdan şiddətli virus hücumun hələ məhv olmadığını, əvvəlkitək aramızda olmasının məsuliyyətini dərk etməyi xahiş edir. Hər kəsi laqeydlikdən uzaq olmağa dəvət edir: "Laqeydlik hər birimizə, bizim yaxınlarımıza, bizim ölkəmizə real təhlükə törədəcəkdir. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Yeni acı həqiqət budur və bununla Prezidentdən başlayaraq sıravi vətəndaşlaradək hamı hesablaşmaq məcburiyyətindədir". Bütün vətəndaşları özünə qardaş və bacı hesab edən Birinci Vitse-prezidentin yeganə bir amalı var, xalq və dövlətin təhlükəsizliyi, bu amalla da deyir. "Sevimli Vətənimizi, bizim Azərbaycanımızı qoruyun!"

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31