“Ən böyük problemlərlə üzləşən ailələrimiz Ermənistanın işğal etdiyi ərazilərdən didərgin düşən ailələrmizdir”

"Ailə tarix boyu bütün  cəmiyyətlərin, sivilizasiyaların kökü, əsas fundamenti  olmuşdur. Ailə bu gün də, bəşəri dəyərlərin, mədəniyyətin beşiyi, qalasıdır. Nəsillərin tarixi davamlılığının qaynağıdır. Ailə cəmiyyətin, dövlətin əsasıdır. Sabitliyin, inkişafın  hərəkətverici qüvvəsidir. Toplumu toplum edən,dövləti dövlət edən ailədir. Bütün zamanlar ərzində o ölkələr güclü olmuşlar ki, orada möhkəm ailələr,möhkəm ailə dəyərləri mövcud olmuşdur". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasinin sədri Mayis Səfərlinin sözlərinə görə, bu gün Beynəlxalq Ailə günüdür. BMT Baş Assambleyası tərəfindən 15 - may 1993-ildə təsis edilmiş bu Günün xüsusi qeyd edilməsinin məqsədi ictimaiyyətin və dövlətlərin ailəyə, onun qayğılarına diqqəti yönəltməkdir: "Əfsuslar olsun ki, dünya növbəti ailə gününü koronovirus pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda qeyd edir. Tarixdə belə hadisələr çox olub. Söz yox ki,insanlıq bu təhlükəyə də qalib gələcək, və biz əvvəlki həyatımıza qayıdacağıq. Qədim və ulu tarixə malik olan xalqımız üçün də ailə çox müqəddəs social varlıqdır. Müstəqilliyinə qovuşduqdan sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ailə məsələləri dövlət siyasətinin prioritetləri səviyyəsinə qaldırıldı. Onun prezidentliyi zamanı yaradılan Qadın Problemləri üzrə Dövlət Komitəsi bu sahədəki çətinliklərin həlli istiqamətində çoxsaylı proqramlar həyata keçirmişdir. Lakin sonradan idarəetmə sisteminin təkmilləşdirilməsi kontekstində Prezident İlham Əliyevin fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitə yaradıldı. Bu dövlət qurumunun milli ailəmizin cəmiyyətdə statusunun, yerinin və rolunun yüksəldilməsi ilə bağlı gördüyü işlər çoxdur. Lakin problemlər də az deyil. Ən böyük problemlərlə üzləşən ailələrimiz Ermənistanın işğal etdiyi ərazilərdən didərgin düşmüş ailələrdir. Onların bir qismi hələ də acınacaqlı şəraitdə yaşayır. Lakin dövlət başçısının həyata keçirdiyi tədbirlər nəticəsində onların mənzil şəraitinin yaxşılaşdırılması üçün davamlı işlər görülür. İnanırıq ki, yaxın zamanlar ərzində hər bir qaçqın, köçkün ailəsi evlə təmin ediləcəkdir.Amma bu ailələrin üzü gerçəkdən torpaqlarımız işğaldan azad olunanda güləcəkdir. O gün uzaqda deyil!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31