Qərbi Azərbaycan mühacir Resbublikasının yaradılması zəruri bir hadisədir

"Qərbi Azərbaycan (İrəvan) mühacir Resbublikasının yaradılması mütərəqqi siyasi-tarixi və zəruri bir hadisədir". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə deyib ki, ermənilər tarix boyu təşkilatlanaraq, bir olaraq ərazilərimizi işğal edib, özlərinə torpaqlarımızda dövlət qurublar: "Qərbi Azərbaycandan soydaşlarımızı oradan sürgün ediblər. Hazırkı beynəlxalq siyasi proseslərin davam etdiyi, yeni bir siyasi nizamın formalaşması fonunda belə bir Respublikanın elanı gələcək perspektivdə Ermənistan üzərində basqıları artıra bilər. Şərt deyil ki, ordusu, ərazisi olsun. Bu mühacir Respublika Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışını özündə ehtiva edir". Partiya rəsmisi qeyd edib ki, Ermənistan belə işğalçı kimi daima ayaqda durmayacaq: "Necəki, yəhudilər min ildən sonra öz tarixi torpaqlarına qayıtdı. Bizlər də təşkilatlanmadan, Qərbi Azərbaycana qayıtmaqdan vaz keçməməliyik. Hesab edirəm ki, bununla Qarabağ məsələsində Azərbaycanın mövqeyini gücləndirə biləcəyik. Professor Qafar Çaxmaqlıya və bu işə dəstək verənlərə təşəkkür edirəm. Sizin bu dəyərli fəaliyyətiniz xalqımızın bütövləşməsinə xidmət edir. Mühacir hökumətin Bakıda, Ankarada və Avropada nümayəndəlikləri açılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31