Paşinyanın babası sovet ordusuna qarşı döyüşməklə çox böyük cinayət edib
12 May 2020 15:39 SiyasətErmənilərin özləri, eləcə də Rusiyada müəyyən tədqiqatçılar aşkara çıxırıblar ki, II dünya müharibəsi dövründə Sovet İttifaqı ordusu sıralarına çağırılan ermənilərin ən azı 25-30 faizi ya könüllü , ya da qarşıdurma mövqeyində almanlara əsil düşüblər. Almanlara əsir düşdükdən sonra onlardan biri Qaregin Njdedir ki, hansı ki bu gün İrəvanın mərkəzində ona abidə ucaldılıb". Bu fikirləri politoloq Qabil Hüseynli deyib. Bildirib ki, Qaregin Njde erməniləri toplayaraq, onlardan döyüşçü dəstələri düzəltməyə başlayıb: " Hitlerlə görüşdükdən sonra dildən pərgər olan atasının kollektivləşmə dövründə var-dövləti əlindən alınan Qaregin Sovet ittifaqına nifrət etdiyi üçün almanların bütün Sovet İttifaqını işğal etməsində maraqlı idi: " O başına topladığı erməni legionerlərinə deyirdi ki, bu gün almanların apardığı müharibə həm də Ermənistan uğrunda aparılan müharibədir". Politoloq söyləyib ki, Almaniya Hərbi Hava Qüvvələrinin tərkibinə daxil olan legionerlərin içərisində Ermənistanın baş naziri Nikol Paşinyanın babasının adının olduğu üzə çıxıb: "Bu faktı axtarıb tapanlar bildiriblər ki, Paşinyanın babası legionerlər dəstəsində arxa cəbhənin ehtiyacları üçün istifadə edilib. O tikinti işlərində çalışırmış. Yalnız müəyyən dövrdə Ukrayna cəbhəsində almanlar üçün çətin vəziyyət yarananda legionerlərin böyük hissəsi Nijdenin başçılığı altında Odessa ətrafındakı bölgələrə göndərilərək Sovet İttifaqına qarşı döyüşüblər".
Q. Hüseynli qeyd edib ki, Nikol Paşinyanın babası həmin döyüşlərdə həlak olub: "Onun həlak olması haqqında məlumatlar Alamniyanın faşizm dövrünə məxsus arxivlərində aşkar edilərək saxlanılıb. Ermənistanın Müdafiə Nazirliyi Paşinyanın babasının adı ilə bağlı fikir irəli sürür ki, guya onun babasının doğulduğu kənddə eyni ad və soyada malik iki nəfər olub və almanlar tərəfinə keçən şəxs Paşinyanın babası olmayıb. Amma belə bir məlumat sovet ordusunun arxivində yoxdur". Politoloq söyləyib ki, Paşinyanın indiki mental xasiyyət və davranışlarında həm ruslara nifrəti, həm də xüsusi mülkiyyətə hədsiz həvəskarlığı, meyllənməsi onun genetik xüsusiyyət olduğunu göstərir: " Bu bir daha sübut edir ki, onlar hər zaman sosializmə və Rusiyaya qarşı müxalifətdə olublar və II dünya müharibəsi dövründə onun babasıp fazişm tərəfinə keçərək sovet ordusuna qarşı döyüşməklə çox böyük cinayət edib".