Ermənistanda faşizm ideologiyasının təbliği bu millətin xislətindən irəli gəlir

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da "Feysbuk" sosial şəbəkəsindəki səhifəsində İkinci Dünya müharibəsində iştirak etmiş babasının fotosunu paylaşıb. Ermənistan ictimaiyyətinin nümayəndləri baş nazirin paylaşımına dərhal reaksiya verərək bildiriblər ki, onunla eyni ad-soyadı daşıyan babası 1943-cü ildə Qaregin Njde ləqəbli nasist əlaltısı Qaregin Ter-Arutyunyanın legionunda Hitler Almaniyası tərəfdən vuruşub. Bundan dərhal sonra Ermənistan Müdafiə Nazirliyi açıqlama yayaraq bildirib ki, Enokovan kəndindən müharibədə Nikol Paşinyan ad-soyadlı iki nəfər iştirak edib. Onlardan biri Qızıl Orduda, digəri Vermaxtda qulluq edib. Vermax tərəfində döyüşən Nikol Paşinyan baş nazirin babası deyil. "Olaylar" xəbər verir ki, millət vəkili Elman Məmmədov bildirib ki, bu faktlar ortaya çıxdıqdan sonra Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasının, faşizm ideologiyasının təbliğinin və təşviqinin motivlərini anlamaq daha asandır: "Biz erməni tarixinə nəzər salsaq, görərik ki, bu tarix bütövlükdə saxtakarlıqlarla tərtib olunub, yaradılıb. Bunlar saxtakarlıq ustasıdır. Yəni, bunlar Ermənistanın baş naziri Nikol Paşinyanın babası Nikol Paşinyanı faşist də, Sovet İttifaqı Qəhrəmanı da elan edə bilərlər. Saxta yolla nə istəsələr edə bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31