Xalqa xidmət etmək, hər bir Azərbaycanlının Prezidenti olmaq- onun həyat fəlsəfəsidir

Tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqilliyimizin ilk illərində Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, Prezidentimiz  bu gün Azərbaycanı böyük bəlalardan qoruyur. Son vaxtlar dünyada və ölkəmizdə yaşanan hadisələr bunu bir daha sübut edir.                                                                                                                   Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik təliminin məqsədyönlü şəkildə, ardıcıllıqla və yaradıcılıqla həyata keçirilməsi ölkəmizin çoxəsrlik inkişafında yeni tarixi epoxanın formalaşdırılması ilə nəticələnmişdir.    Heydər Əliyev epoxası - Azərbaycan tarixinin yarım əsrə yaxın davam etməkdə olan bir dövrünün yeni inkişafının böyük reallıqlarının ümumiləşmiş yekunu və gələcək uğurlarının hərəkətverici qüvvəsi deməkdir.                                                  Möhtərəm Prezidentin yüksək idarəçilik bacarığı, tükənməz enerjisi və işgüzarlığı  dövlətimizin mənafeyinin qorunmasını və xalqımızın firavan yaşamasını təmin edən səviyyədə uğurla həyata keçirilir.Müasir dünyamızda gedən prosesləri Azərbaycanın milli maraqlarına müvəffəqiyyətlə yönəltməyi və Azərbaycanın dünyada sürətlə inkişaf edən bir ölkə kimi nüfuz qazanması təmin olunub.          Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə aparılan abadlıq-quruculuq işləri, o cümlədən təhsil müəssisələrinin, mədəniyyət evlərinin və idman arenalarının tikintisi və əsaslı təmiri hər bir vətənpərvər insanı qəlbən sevindirir, əhalidə xoş ovqat yaradır.       Ötən ilin dekabr ayından dünyanı ağuşuna alan və artıq 200-dən çox ölkədə tüğyan edən koronavirus pandemiyası ən nəhəng və güclü iqtisadiyyata malik ölkələri də öz qarşısında aciz qoydu. Elmdə inqilab edənlər pandemiya qarşısında çarəsiz qaldılar. Ancaq, dünyanın həyəcan təbili çaldığı bu mövzuda ölkəmiz cənab Prezidentin rəhbərliyi ilə qabaqlayıcı tədbirlər görərək, qısa zamanda ən güclü izolyasiya üsullarını həyata keçirdi. Sözün əsl mənasında, birlikdə güc nümayiş etdirdilər.Yalnız xəstəliyin birbaşa bağlı olduğu səhiyyə sahəsində deyil, bütün sahələrdə həmrəylik, vicdanlılıq, peşəyə sədaqət, millətə sevgi əks olundu.   Xalqımız humanizmi, yardımsevərliyi öz dövlət başçısından nümunə götürür.  Pandemiya ilə mübarizə istiqamətində nümunəvi və ən həlledici addımı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva atdılar.                            Martın 19-da Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Elə həmin gün Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrıldı. Fondun vəsaiti hesabına koronavirusla mübarizə istiqamətində tədbirlər həyata keçirildi. Xüsusi rejimli tibb müəssisələrinin formalaşdırıldı, tibb sahəsində çalışan işçilərin mükafatlandırıldı və onlara maddi yardım göstərildi. Tibb müəssisələrinin infrastrukturu təkmilləşdirildi və maddi-texniki bazası gücləndirildi. Əhalinin həssas qrupuna aid insanlara edilən yardımlar, tələbələrin illik təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi, 190 manat məbləğində birdəfəlik müavinətin verilməsi işsiz və həssas əhali qrupuna böyük dəstək oldu.                                                                "Korrupsiya və rüşvətxorluq cəmiyyətdə vətəndaşların hüquqlarının və azadlıqlarının təmin edilməsinə ciddi maneçilik törədir. Korrupsiya bütün bəşəriyyət üçün bəla hesab olunur və ona görə də bütün dünya ölkələri korrupsiyaya qarşı amansız mübarizə aparırlar. Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparan ölkələrdəndir. Respublikamızda cinayət törədən istənilən şəxs məsuliyyətə cəlb olunur və layiqli cəzasını alır".                                                                 Son illərdə ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi mənfi amillərə, o cümlədən müxtəlif sahələrdə korrupsiya hüquqpozmalarına və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.           Dövlət başçısı tərəfindən bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun  peşəkar davranış qaydalarına və etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda ölkəmizdə bu xoşagəlməz hallara qarşı amansız mübarizə aparılır.                                                                                 Son dövrlərdə bacarıqlı gənc kadrların irəli çəkilməsi, həyata keçirilən islahatların nəticəsi olaraq cəmiyyətimizdə prokurorluq orqanlarına inam və etimad daha da yüksəlib.Bu da sözsüz ki, cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır, vətəndaşlarımızın bütün sahələrdə şəffaflığın, ədalətin daim zəfər çalacağına, qanunun aliliyinə olan inamlarını daha da artırır.                                                                Prezident İlham Əliyevin siyasi fəaliyyətində məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu son bir ildə aparılan ardıcıl islahatlar bir daha təsdiq edir. Nəzərə almalıyıq ki, bu siyasi iradə həm də insanlarda həmin islahatların effektivliyi ilə bağlı yüksək gözləntilər formalaşdırır. Ölkəmizdə bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən həm kadr, həm də struktur islahatları ilə bağlı atılan addımlar idarəetmə sistemində aparılan yeniliyin növbəti mərhələsidir.                                                                                             Prezident cənab İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarlari ilə həyatımıza yeni nəfəs gətirib.Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqı daha xoş günə, daha firəvan həyata qovuşdurmaqdır.Xalqa xidmət etmək, hər bir Azərbaycanlının Prezidenti olmaq-onun həyat fəlsəfəsidir.

Qaradağ Rayon Təhsil işçiləri adından                                                              Azərbaycan Respublikasının əməkdar müəllimi

Zümrüd Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31