Ermənilər Azərbaycan prezidentinə daha bir saxta rəqəmlə cavab verdilər-600 min əsgər?... AYDIN QULİYEV YAZIR

AYDIN  QULİYEV  

politoloq

Azərbaycan Prezidentinin beynəlxalq müstəvidə erməni faşizmi barədə çıxışlarının intensivləşməsi Ermənistanın əndişələrini artırmaqla bərabər düşmən ölkəni bəzi uğursuz cavab və ya özünümüdafiə addımlarına da məcbur edir.

Düşmənin reaksiyalarından hiss olunur ki, yaranmaqda olan "ən müasir faşist ölkə"imicinin qarşısını almaq üçün hərəkətə keçiblər.Olan-yalan -palan-ağıllarına gələni fakt və ya reallıq kimi qələmə verir,dünyanı "biz faşizm üzərində qələbəyə töhfə vermişik"kimi içi dolu ziddiyyətə inandırmaq istəyirlər.

Yazırlar ki,guya ermənilər Böyük Vətən Müharibəsinə 600 min əskər veriblər.Bu 600 min əskər söhbəti uydurma mahiyyətinə görə 1.5 milyon erməninin saxta genosid iddialarından da qabağa gedir.Təsəvvür edin ki,Ermənistan əhalisi hələ indi -indi 2.5 milyona güc-bəla ilə çatdırılır.80 il əvvəl Ermənistanın orduya 600 min əskər verməsi üçün 1.8-2 milyon əhalisi olmalı idi.Araşdırmalara görə o zaman Ermənistanda 1.3 milyondan çox adam yaşamırdı.Onun da azı 200 mini etnik azərbaycanlılar idi.Belədə Ermənistan Müharibəyə 600 min əskəri necə göndərə bilərdi?! Necə ola bilər ki,əhalisi bütün dövrlərdə Ermənistandan azı 3 dəfə çox olan Azərbaycan da müharibəyə 600 min,Ermənistan da 600 min əskər göndərsin?!

Ermənilər rəqəm saxtakarlığının özləri üçün ifşaedici fəsadlarından əl çəkmirlər...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31