Lider qətiyyəti
9 May 2020 16:43 SiyasətDünyanın pandemiya təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda ölkəmizdə müşahidə edilən müsbət tendensiya, heç şübhəsiz, müdrik idarəçiliyin göstəricisidir. Faktiki olaraq, dünya insanı ölümcül təhlükə ilə qarşılaşıb, insan həyatının qorunması ən önəmli məsələyə çevrilib. Hər bir sahədə sosial izolyasiya tədbirləri görülüb. Bununla insan həyatı təhlükədən hifz edilsə də, bu izolyasiya dünya iqtisadiyyatını böhran vəziyyətinə düşürüb. Lakin belə bir zamanda Azərbaycanda istər pandemiya ilə mübarizə, insanlarımızın həyatının qorunması, istər iqtisadiyyatımızın davamlılığının təmin edilməsi, istərsə də dövlət təhlükəsizliyinə yönəlmiş cinayətkarlığın qarşısının alınması işləri yüksək peşəkarlıqla icra edilir. Bu Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Mənə elə gəlir, Azərbaycanda bu günlər görülən çoxşaxəli işlər böhran zamanı idarəetmənin ən ideal nümunəsidir.
Hər kəsə bəllidir ki, ölkə rəhbərinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apardığı struktur islahatlarının, onların qarşısında qoyduğu yeni tələblərin məqsədi dövlət müstəqilliyini daha da möhkəmləndirmək, vətəndaş məmnunluğunu artırmaqdır. Öz Prezidentinə güvənən və onun siyasətini dəstəkləyən Azərbaycan vətəndaşları əmindirlər ki, dövlətimizin başçısının qanunverici, icraedici və məhkəmə hakimiyyəti, habelə maliyyə sistemində apardığı islahatlar dövlət idarəetməsinin səmərəliliyini artıraraq, ilk növbədə, vətəndaşların maraqlarına xidmət edəcək, ölkənin davamlı inkişafına zəmin yaradacaqdır. Bu islahatlar mövcud pandemiyaşəraitində də bir an da olsun dayanmamışdır.
Hazırda bütün dövlət orqanları, hakimiyyətin bütünqolları Azərbaycanın COVİD-19 adlı bu qlobalbəladan maksimum az zərərlə çıxması üçün ləyaqətləəməli tədbirlər görürlər. Bu işə xilaskarımız HeydərƏliyevin adını daşıyan Fond və bu fondun rəhbəriBirinci vitse-prezident Mehriban xanım Əliyeva başdaolmaqla Azərbaycanın ləyaqətli iş adamları, şirkətləri, yardımsevər insanları qoşulublar. Pandemiyadan xilasümumxalq işinə çevrilib.
Lakin ürək ağrısı ilə demək lazımdır ki, belə bir durumda dövlətin, Heydər Əliyev Fondunun insanlarımıza uzatdığı xeyirxah əli kəsən, kasıbın, imkansızın qisməti olan süfrəsinə qoyacağı bir parça çörəyə göz dikən məmurlar da vardır. Onlar bu əməlləri ilə dövlətimizə, dövlətin dayaqlarına zərbə vuran ən qatı cinayətkarlar və bu xalqa, millətə, dövlətə xəyanət edən insanlardır. Onların da cəzası,şübhəsiz, ağır olacaq. Çünki buna Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti və geridönməz siyasəti əsas verir. Bu prosesdə dərs çıxarası və nümunə götürüləsi çox önəmli məqamlar vardır. Prezident cənab İlham Əliyev çıxışlarının birində vurğulamışdır ki, korrupsiaya, rüşvətxorluğa qarşı mübarizə bir gün də dayanmır. Bu mübarizənin artıq yaxşı nəticələri var, daha da yaxşı nəticələri olacaqdır. Biz bu böyük bəlanı ölkəmizdən yığışdırmalıyıq, təmizləməliyik. Elə etməliyik ki, Azərbaycan hər sahədə - həm siyasi, həm iqtisadi, həm korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində nümunə olsun və olacaqdır. Bu sözlər bu gün artıq öz real təsdiqini tapır. Davamlı olaraq aparılan bu mübarizədə Prezidentin sərgilədiyi iki cəhət dövlətinin sabahını düşünən bir gənc kimimənim diqqətimi daha çox cəlb edir. Bunlardan biri qətiyyət, digəri isə mərhəmətdir. Cənab Prezident tez-tez istər insanlarla görüşlərində, hansısa müəssisənin açılışında, yaxud qəbullarda məmuralara dəfələrləbildirir ki, bu əməllərindən əl çəksinlər. Bu yoldan qayıtsınlar. Çünki onların yaxşı və yaxşı olmayan əməllərinin hər birindən Prezident xəbərdardır. Lakin buna məhəl qoymadan yenə də ehtiyac içində olan insanların ruzisinə göz dikən məmurlarla mübarizədə Prezidentin göstərdiyi qətiyyət daha çox önəm kəsb edir. Çünki hələ illər öncə "Mən hər bir azərbaycanlının prezidenti olacağam!" deyərək başlatdığı müqəddəs missiyanı xalqa arxalanaraq davam etdirmək cənab İlham Əliyevin müqəddəs amalına çevrilib. Məhz bu amal Azərbaycanı korrupsiya kimi dövləti içdən yeyən bəladan, xalqı hakimiyyətə qarşı qaldıran əsas problemdən xilas edəcək. Bu məsələdə bütün Azərbaycan xalqı, xüsusən bu ölkənin sabahı olan gənclik hazırki pandemiya şəraitində yaşasa belə, dövlətini düşünərək Prezidentin yanında olmağı vətən üşün müqəddəs missiyası və borcu sayır. "Mən Azərbaycan gəncliyinə inanıram" deyən İlham Əliyev həm gəncliyi dövlətə qarşı çıxan, xalqın rifahına zərbə vuran məmurlara qarşı amansız olmağa səsləyir, həm də bu haqq işində onlardan güc alır. Çünki son dövlərdə müxtəlif istiqamətlərdə gənc kadrlara göstərilən etimad öz müsbət nəticələrini verməkdədir. Xalqa arxalanmaq, xalqdan güc almaq cənab İlham Əliyevi bu işlərdə daha mətanətli və güclü edir.
Cənab Prezidentin həyata keçirdiyi anti-korrupsiya siyasəti hazırda ölkəmizdə belə bir qənaəti tam olaraq formalaşdırıb: indi Azərbaycanda məmur olmaq imtiyaz deyil, məsuliyyətdir. Xalq, dövlət, ədalət mühakiməsi qarşısında məsuliyyət. Lakin Prezidentin dəfələrlə bildirməsinə baxmayaraq, bunu hələ də dərk etməyən məmurlar qalmaqdadır. Onların hər birinin qanunazidd əməlləri ilə Dövlət Təhlükəsizlik Xidməti məşğul olur. Bu artıq dövlətin korrupsioner məmurlara qarşı apardığı siyasətdə qətiyyətin göstəricisidir. Çünki dövlətin, xalqın malını mənimsəyən şəxs məhz dövlətin sütunlarına, hakimiyyətin mənbəyinə zərbə vurur. Onun cəzası da dövlət əlehinə cinayət kimi təsbit edilir və göründüyü kimi cəzalandırma bu istiqamətdən aparılır.
Azərbaycan dövlətinin sabahı, Azərbaycan vətəndaşının rifahı üçün gördüyünüz işlərdə Tanrı da, xalq da daima Sizinlə olacaq. Yorulmayasınız, Cənab Prezident!
Sərraf Hüseynov,
Azərbaycan Dillər Universiteti rektorunun müşaviri, ADU üzrə YAP ilk ərazi təşkilatının sədri