Mədəniyyət nazirinin müavini və Xidmət rəisi vəzifəsindən azad edildi - SƏRƏNCAM
9 May 2020 16:41 SiyasətPrezident İlham Əliyev Rafiq Bayramovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
AZƏRTAC bildirir ki, Sərəncama əsasən, Rafiq Yasin oğlu Bayramov Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Zakir İmran oğlu Sultanov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31