Ermənistanda faşist Almaniyasına xidmət göstərmiş Nijde ləqəbli cəlladın heykəli qoyulub
9 May 2020 11:38 SiyasətMais Səfərli: "Prezident İlham Əliyev bu məsələni dəfələrlə müxtəlif səviyyələrdə qaldırıb"
"Bu gün bütün dünya Mayın 9- da, bu gözəl bahar günü, bəşəriyyət Böyük Qələbənin 75 illiyini qeyd edir. Faşizm üzərindəki möhtəşəm zəfərdə Azərbaycan xalqının müstəsna rolu olmuşdur. Bu günlərdə məşhur TASS informasiya agentliyinə verdiyi məzmunlu müsahibəsində ölkəmizin Prezidenti İlham Əliyev düzgün olaraq qeyd etmişdir ki, xalqımız yüz minlərlə oğul və qızının həyatı bahasına, silah sursat istehsal edən müəssisələrimizin gecə-gündüz işləməsi və başlıcası, sovet hərbi texnikasını hərəkətə gətirən Bakı neftinin hesabına bu qələbəyə töhfələr verib". Bunu "Olaylar"a ekskluziv müsahibəsində deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, hazırda bütün Yer Kürəsində qarışıq bir mənzərə yaranıb. Dünyanı lərzəyə salan koronavirus pandemiyası planetimizi bir fəlakət meydanına çevirib: "Dövlətlər, toplumlar sınaq qarşısındadırlar. Söz yox ki, bəşəriyyət bu ağır bəlanın və yükün də altından çıxacaq. Tarixdə belə fəlakətlər çox olub. Dünyamızın salnaməsi milyonlarla insanın ölümünə səbəb olmuş epidemiyalar, müharibələr, savaşlarla doludur. Belə dəhşətli bəlalardan biri olan faşizmin keçən əsrin ortalarında insanlığa vurduğu böyük zərbələr hələ də tam sagalmamışdır. Dünya xalqlarını köləyə çevirmək, onların tarix boyu qurub-yaratdıqları zənginliklərə sahib olmaq istəkləri alman faşistlərinin bəşəriyyətə qarşı ən dəhşətli ağlasığmaz cinayətlər törətməyə sövq edirdi. Hitlerçilərin dünyaya ağalıq etmək iddiası bütünlüklə yer üzündən silmək istədikləri sovet xalqlarının polad kimi möhkəm müqavimətinə rast gəldi. Elə bu müqavimət də on milyonlarla adamın həyatına son qoyan faşizmi nəinki ki, məğlub etdi, onu antibəşəri bir idealogiya kimi məhv etdi. Bir çox millət və xalqları qul olmaqdan qurtardi".
Partiya sədri əlavə edib ki, ölkəmizdə bu qanlı müharibədə həlak olan soydaşlarımızın xatirəsi həmişə əziz tutulmuş, veteranlar isə dövlətin qayğısı və xalqın rəgbəti ilə əhatə olunmuşdur. 9 May hər zaman sevimli bayramlar sırasında yer tutmuşdur: "Düzdür, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələr xalqın etirazlarına baxmayaraq, Qələbə Gününü milli təqvimimizdən sildilər. Lakin, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, bu ədalətsizlik aradan qaldırıldı və insanlarımız 9 Mayı bayram kimi qeyd etmək sevincini yaşadı. Veteranlarımız gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində əvəzsiz rol oynayırlar. Biz onlarla fəxr edirik. Təəssüflər olsun ki, o qanlı- qadalı müharibənin alovundan keçmiş bu insanlarımızın sıraları getdikcə seyrəlir. Onların çoxunun yaşı 90 -dan yuxarıdır, hətta 100-ü haqlayanlar da var. Veteranlarımızın həyat və sağlamlığı,yaşam şəraiti hər zaman dövlət başçısının diqqət mərkəzindədir. Onların bütün problemləri hökumət tərəfindən həll olunur. Mən fürsətdən istifadə edib, müharibə iştirakçılarına möhkəm can sağlığı diləyir, onlara Qarabağ qələbəsini də görməyi arzulayıram! Yeri gəlmişkən, mənim babam Nuru Səfər oğlu da Böyük Vətən müharibəsində həlak olmuşdur".
M.Səfərli deyib ki, faşizm üzərində qələbədən danışarkən bir məsələni də diqqətə gətirmək istəyirəm: "Elə Prezidentimiz də yuxarıda qeyd etdiyim müsahibəsində də bu barədə ətraflı danışıb. Bildiyiniz kimi, bu gün bir sıra ölkələrdə, o cümlədən, elə faşizmdən böyük zərbələr almış dövlətlərdə, bəzi siyasətçilər tarixi saxtalaşdırmaga, həqiqətləri inkar etməyə çalışır, xilaskar sovet döyüşçülərinə ucaldılmış abidələr uçurulur, nasistlərə xidmət etmiş adamlara heykəllər ucaldılır. Məsələn, Ermənistanda faşist Almaniyasına xidmət göstərmiş Nijde ləqəbli cəllad Qaregin Ter Arutyunyana 6 metrlik heykəl qoyulub. Nasistlərin əlaltısı olan həmin qaniçənə Rusiyanın Armavir şəhərində xatirə lövhəsinin vurulması təəccüb doğurmaya bilmir. Prezident İlham Əliyev bu məsələni dəfələrlə müxtəlif səviyyələrdə qaldırıb, MDB-nin sonuncu Sammitində isə bu problemi çox sərt şəkildə dilə gətirmişdi. Məhz ondan sonra cani Nijdenin Armavirdəki barelyefi uçuruldu. Günümüzdə faşizmin və onun kimi antiinsani cərəyanların yenidən, Ermənistanda olduğu kimi, baş qaldırılması dünyadakı bəzi siyasi çevrələrin riyakarlığı, ikiüzlüyünün nəticəsidir".
Alim