Milli Məclis Aparatında yeni təyinat

Milli Məclisin Aparatında yeni təyinat olub. "Olaylar" xəbər verir ki, Aparat rəhbərinin müavini vəzifəsinə Yaşar Allahqulu oğlu Əməşov təyin edilib. Yaşar Əməşov 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004-2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb. İngilis və rus dillərini bilir. 2000-2004-cü illərdə Milli Məclis Aparatının məsləhətçisi, 2004-2006-cı illərdə böyük məsləhətçisi, 2006-2007-ci illərdə baş məsləhətçisi, 2007-2008-ci illərdə sektor müdiri, 2008-2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib.

2018-2019-cu illərdə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub. 2019-2020-ci illərdə  Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.

Evlidir, 3 övladı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31