Milli Məclisdə Şuşa mübahisəsi

Milli Məclisin iclasında Şuşanın işğalı ilə bağlı məsələdə mübahisə düşüb. "Olaylar"ın məlumatına görə, deputat Sabir Rüstəmxanlı deyib ki, Şuşanın Azərbaycanın bəzi qüvvələrinin xəyanəti nəticəsində işğal edilməsi barədə fikirlər yanlışdır: "Bəzi cavan deputatlar o dövrdəki hadisələrin içində olmayıblar, səthi məlumatlarla çıxışlar edirlər. Biz Şuşada bu qədər şəhid vermişik. AXC-Müsavat iqtidarını tənqid etmək olar, amma xəyanətdə ittiham etmək o anlama gəlir ki, guya Şuşanı Ermənistan işğal etməyib. Bu yanaşmaya son qoyulmalıdır". Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə cavab olaraq deyib ki, Azərbaycanda Şuşanın işğalına hüquqi qiymət verilib: "Sabir müəllim, burda heç kim demədi ki, Şuşa Ermənistan tərəfindən işğal edilməyib. Azərbaycan Şuşanın işğalına hüquqi qiymət verib". Ə.Hüseynlinin bu cavabı YAP-çı deputatların alqışına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31