Azərbaycan dövləti beynəlxalq əməkdaşlıq prinsipləri üzərində qurulmuş xarici siyasət reallaşdırmaqdadır

Azərbaycan beynəlxalq aləmin bir üzvü kimi daim qlobal miqyasda baş verən bu və ya digər proseslərə dəstək olmağa, ondan çıxış yollları aramağa, müəyyən təşəbbüslər irəli sürməyə maraqlı olub və bu cür müsbət davranışlar nümayiş etdirib. Bu gün də ölkəmiz öz siyasətinə sadiqdir, bu istiqamətdə məqsədyönlü addımlar atır. Xüsusilə, bütün dünyanı bürüyən koronavirus pandemiyası dövründə Azərbaycan qlobal miqyasda təşəbbüskarlığı bir daha öz təsdiqini tapıd. Məhz rəsmi Bakının, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, daha sonra isə Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr olunmuş videokonfrans formatında zirvə görüşü keçirildi. Burada xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycanın bu kimi təşəbbüskarlığı, dünyada sülhə, təhlükəsizliyə verdiyi töhfə təkcə onun təşəbbüsü ilə keçirilən Türk Şurası və Qoşulamama Hərəkatı və onun üzvü olan dövlətlər təırəfindən deyil, eyni zamanda bütün dünya, nüfuzlu beynəlxalq təşkilat və qurumlar tərəfindən dəstək gördü, təqdir olundu. Bu gün də Azərbaycannın bu təcrübəsindən danışılır, atılan addımlar, həyata keçirilən təşəbbüslər dünyaya nümunə olaraq göstərilir.  Millət vəkili Ramin Məmmədov da deyir ki, Azərbaycan dövləti sülh və əminamanlıq, barış, beynəlxalq əməkdaşlıq prinsipləri üzərində qurulumuş və beynəlxalq hüquq normalarına cavab verən çevik, dinamik və adekvat xarici siyasət reallaşdırmaqdadır. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyəti və şəxsi nüfuzu sayəsində bu siyasət davamlı və dayanlqlı şəkildə həyata keçirilməkdədir: "Qlobal çağırışlar qarşısında qlobal gücləri birləşdirmək, əməli addımlar atmaq, həmrəylik və qarşılıqlı dəstək kimi önəmli amilləri reallışdırmaq yalnız qlobal liderlərə xas olur. Koronovirusla mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən siyasət ölkə rəhbərinin məhz qlobal düşüncəyə, bu düşüncəni əməli addımlarla həyata keçirtmək üçün cəsarət və milli təfəkkürə sahib olmasını bir daha sərgilədi". Ramin Məmmədov qeyd edib ki, son bir ayda həyata keçirilən və mahiyyət etibari ilə böyük önəm daşıyan beynəlxalq tədbirlər qeyd olunan fikrin aydın təzahürüdür: "Birincisi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının koronavirusla mübarizəyə həsr edilmiş fövqəladə Zirvə toplantısı, ikincisi isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında "COVİD-19 mübarizədə birlikdəyik" adlı Zirvə toplantısıdır. Hər iki möhtəbər tədbir möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə baş tutmuşdur. İştirakçılar arasında BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş Katibi, Afrika İttifaqının Komissiyasının sədri, müxtəlif regionları təmsil edən ölkə rəhbərlərinin olması, eyni zamanda BMT Baş Katibinin və Avropa İttifaqının Ali nümayəndəsinin video müraciətləri həm qlobal çağırışlara qarşı Azərbaycanın sədrliyi ilə həmrəyliyinin sərgiləməsinin, eyni zamanda cənab İlham Əliyevin qlobal çətinliklərə qlobal yanaşmasının bariz göstəricisidir. Azərbaycan vətəndaşlarının sağlamlığını və onların sosial müdafiəsini prioritet istiqamət elan edən ölkə rəhbəri daha geniş miqyaslı təşəbüsslərlə dünya ictimaiyyətinə müraciət etmişdir. Belə ki, 9 aprel tarixində Qoşulmama Hərəkatının "Ümümdünya Səhiyyə Təkilatı və onun Baş direktoruna dəstək" adlı bəyanatını xüsusi qeyd etmək lazımdır. Digər mühüm uğur Azərbaycanın təklifi əsasında tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım görtərilməsi məqsədi ilə Qoşulmama Hərəkatının İşçi Qrupu üzv ölkələrin humanitar və tibbi ehtiyaclarının vahid məlumat bazasının yaradılmasıdır". Millət vəkili bildirib ki, Qoşulmama Hərəkatının sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyanın ən böyük beynəlxalq təsisatı sayılan Birləşmiş Millətlər Təşkilatı Assambleyasının COVİD-19 pandemiyasına həsr olunmuş dövlət və hökümət başçılarının iştirakı ilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi bir daha onun qlobal çağırışlara qlobal yanaşmasının mövcudluğunu göstərdi.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31