Şuşa Ermənistan tərəfindən işğal olunub
8 May 2020 12:22 SiyasətƏli Hüseynli: "Amma o zaman Azərbaycanda yaranmış siyasi vəziyyətə hər zaman olduğu qiyməti verəcəyik"
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bugünkü iclasında bildirib ki, burada səslənən fikirlərdən elə görünür ki, sanki Şuşanı biz vermişik. "Bu məsələyə aydınlıq gətirilməlidir və çıxışlar zamanı bu məsələyə diqqət edilməlidir"-deyə, S.Rüstəmxanlı deyib.
"OLAYLAR" xəbər verir ki, Milli Məclis Sədrinin I müavini, parlament Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Sabir Rüstəmxanlıya cavab olaraq bildirib ki, Şuşanın işğalına hüquqi qiymət verilib:
"O zaman bununla bağlı Ali Məhkəmədə məhkəmə prosesi olub. İşğala hüquqi qiymət verilərkən Şuşanın işğalına şərait yaradılan məsələlərə də qiymət verilib. Bu gün səslənən fikirlər o zaman hakimiyyətdə olan və hakimiyyətə iddialı olan qüvvələrin mübarizəsi nəticəsində yaranan şərait həm də Şuşanın işğalı üçün bir şərait idi. Buna tam hüquqi qiymət verilib və heç bir halda bizim tərəfimizdən başqa cür yozula bilməz. Şuşa Ermənistan tərəfindən işğal olunub. Amma o zaman Azərbaycanda yaranmış siyasi vəziyyətə hər zaman olduğu qiyməti verəcəyik".