Deputat: “Əli Kərimli özünü Ermənistanın Azərbaycandakı səfiri kimi aparır”

"Əli Kərimli özünü Ermənistanın Azərbaycandakı səfiri kimi aparır".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Cavid Osmanov deyib. C.Osmanov bildirib ki, Milli Şura adlanan qurum erməni maraqlarına xidmət edir:

"Buradan güc strukturlarına müraciət edirəm. Azərbaycan xalqına xəyanət edən, Ermənistanın səfriliyi funksiyasını yerinə yetirən Milli Şura ilə bağlı hüquqi qiymət verilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31