Siyavuş Novruzov: “AXC-Müsavat hakimiyyəti 9 mayı ləğv etməklə o insanlara vətən xaini damğası vurdu”

"Doğurdan da Azərbaycan Böyük Vətən Müharibəsinə iki əsas meyarla qoşulub. Bunlardan birincisi insan, ikincisi isə təchizat məsələsi idi. Bəzən görürük ki, bu məsələ insan meyarı ikinci plana salınır. Amma hər birimizin ailəsində, nəslində Böyük Vətən Müharibəsində iştirak etmiş şəxslər var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov bidlrib ki, AXC-Müsavat hakimiyyəti 9 mayı ləğv etməklə o insanlara vətən xaini damğası vurdu: "Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə bu haqsızlığa son qoyuldu. 9 may qələbə günü yenidən qeyd olunmağa başlanıldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31