Sahibə Qafarova: “İlham Əliyev ölkəmizi dünyanın ən dinamik inkişaf edən ölkələrdən birinə çevirib”

"May ayının 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 97 ili tamam olacaq". "Olaylar"  xəbər verir ki, bunu Milli Məclisin iclasında spiker Sahibə Qafarova deyib. Spiker bildirib ki, Heydər Əliyev millətimizin şərəf və ləyaqət rəmzinə çevrilib: "1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəlində ulu öndərin hakimiyyətə hər iki gəlişi zamanı Heydər Əliyev ona bəslənən ümidləri doğruldub. Onun başladığı bütün işlər bu gün eyni əzm və iradə ilə davam etdirilir. İlham Əliyev ölkəmizi bu gün dünyanın ən dinamik inkişaf edən ölkələrdən birinə çevirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31