Milli Məclisdə Şuşanın işğalından danışdılar

"Biz əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad olunacaq". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin mayın 8-də keçirilən iclasında spiker Sahibə Qafarova deyib. Əlavə edib ki, bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ətrafında keçirilir:  "Bu gün Azərbaycanın mədəniyyət mərkəzi olan  Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 28 il ötür. Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlıların ata-baba torpaqlarından qovub çıxarmaq üçün həyata keçirilən hərbi təcavüzün növbəti mərhələsini təşkil edib". Spiker təklif edib ki, Şuşa şəhərinin işğalı zamanı şəhid olmuş qəhrəman insanların ruhu 1 dəqiqəlik sükutla yad edilsin. Millət vəkilləri Şuşada şəhid olmuş, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31