Əldə olunan nəticələr diplomatik savaşda üstün alət kimi istifadə olunmalıdır

Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin virusun erkən yayılma dövrü və sonrakı bütün mərhələlərdə qəbul etdiyi qərarlar, böyük fəlakətləri önlədi. Virusla mübarizə tədbirləri ilə yanaşı işini qısa müddətlik itirən insanlara və bu prosesdən mənfi təsirlənən sahibkarlara dəstək məqsədilə vəsait ayrılması ,bu istiqamətdə atılan  digər addımlar  bir çox beynəlxalq təşkilatlarla bərabər Qoşulmama Hərəkatı üzv dövlətlərinin başçılarının da nəzərindən qaçmayıb.İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan videokonfransda qoşulmama hərəkatı üzv dövlətlərinin başçılarının koronavirusla bağlı Azərbaycan prezidentinin apardığı işləri yüksək qiymətləndirməsi bunun göstəricisidir. .Bütün bəşəriyyətin təhdid altında olduğu bu günlərdə həm bü gün ,həm post pandemiya dövrü hamını düşündürür.Dünyada həyatın öz axarına tezliklə düşməyəcəyi,qlobal maliyyə bazarlarında hələ uzun müddət durğunluq olacağı ,post virus dövründə iqtisadi-siyasi vəziyyətin düzəldilməsi çətinliklətlə müşayət olunacağı  məlumdur.Ona görə də məsələyə lokal baxılmır,harada pozitiv nəticə varsa oranın təcrübəsi öyrənilir.Tezliklə bu vəziyyətin dəyişməsində hamı maraqlıdır.Açığı böyük və iqtisadi cəhətdən çox güclü dövlətlərin virusla mübarizə dönəmindəki çaşğınlığı təəccüb doğurdu.Azərbaycanın isə  təmkinli və qabaqlayıcı,sistemli,mütəşəkkil davranışı  Beynəlxaq təşkilatlarda o cümlədən Qoşulmama Hərəkatında yaxşı mənada təəccüb dogurdu. Videokonfransda bu açıqca hiss olunurdu.Bu əməkdaşlıq platformasında Azərbaycanın fəaliyyətinin müzakirəsi,həm də ölkəmizin başqa bir sahədə yeni təqdimatı oldu.

Həm də nəzərə alaq ki ,özündə 120 dövləti birləşdirən bir təşkilatdan  söhbət gedir.

Qoşulmama Hərəkatı 1955-ci ildə təsis edildi və hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

Azərbaycan Respublikası 2011-ci ildən Hərəkatın tam hüquqlu üzvüdür. Qoşulmama Hərəkatının prioriteti Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinməkdir. Amma QH əsasnaməsinin 3-cü bəndi BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etməyi də nəzərdə tutur.O baxımdan bü müstəvidə də Azərbaycanın həm imkanlarını sərgiləməsi, həm bəşəriyyətin təhlükəsizliyi naminə səylərini nümayiş etdirməsi vacibdir.Ən vacibi isə Azərbaycan həqiqətlərini bir daha diqqətə çatdırmaq,gələcəkdə əgər dinc yolla Ermənistan işğal etdiyi ərazilərimizi tərk etməzsə aparacağımız hərbi siyasətin qınanmaması üçün zəmin yaratmaqdı.Xüsusi qeyd edim ki,torpaqlarımızın işğaldan azad olunması Qoşulmama hərəkatının prinsiplərinə zidd deyil.

Çünki,Hərəkatının Məqsəd və prinsiplərində əsas insan hüquq və azadlıqlarına hörmət etmək,dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək,digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək,ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək kimi ciddi məsələlər aiddir.

Qoşulmama Hərəkatı müstəvisində mümkün olan xeyli  iş görülüb.

Azərbaycan prezidentinin bu istiqamətdə fəaliyyəti çox uğurlu olub. Azərbaycan Qoşulmama Hərəkatı iclaslarında indiyə qədər ciddi qətnamələrin qəbuluna nail olub.Qoşulmama Hərəkatı Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı ilk dəfə 2012-ci il tarixli iclasında sənəd qəbul etmişdir.Yekun Sənədin qəbulu zamanı daxil edilən bənddə Qoşulmama Hərəkatının üzv dövlətləri Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə etmişdir.Bundan sonra da 2012-ci ildə yekun sənədin 391-ci maddəsi ,2014 -cü ildə yekun sənədinin 421-ci bəndində və Marqaritada keçirilmiş Sammittdə qəbul edilmiş sənədin  500-cü bəndində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüflərini ifadə etmiş və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstəklərini ifadə etmişlər. 2018-ci ,2019-cu illərdə də eyni mövqe sərgilənib.

Nəzərə alsaq ki,Azərbaycan Respublikası 2023-cü ilə qədər Hərəkata sədrlik edəcəkdir,onda həm indiyə qədərki fəaliyyətin, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan videokonfransın əhəmiyyəti aydın olar.

Hesab edirəm ki,əldə olunan bu nəticələr diplomatik savaşda üstün alət kimi istifadə olunmalıdır və yəqin ki, olunacaqdır.

Milli Dirşəliş Hərəkatı partiyasının sədri,İstiqlalçı deputat   Fərəc Quliyev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31