Mayis Səfərli: “Bu məqsədyönlü siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur”

"COVİD-19 pandemiyası təkcə sağlamlığımızı təhdid etmir. Onun iqtisadiyyatìmıza, sosial həyatımıza, əmək fəaliyyətimizə vurduğu ziyanlar da son dərəcədə ağır və təhlükəlidir". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə,  koronavirus səbəbindən bu gün ölkəmizdə on minlərlə sahibkarlıq subyekti fəaliyyətlərini ya tamam dayandırıb,ya da ki, məhdud rejimdə çalışırlar: "Faktiki olaraq, yüz minlərlə insanımız qazanc mənbəyindən məhrum olmuşdur. Başqa sözlə, bu təbii fəlakət təkcə bizim ölkəmizdə on minlərlə ailəni çörəklə, azuqə ilə imtahana çəkmişdir. Lakin dövlətimizin inamlı və səmərəli fəaliyyəti nəticəsində Azərbaycanda infeksiyanın yayılma sürətinin qarşısı alınmış, vətəndaşlarımızın üzləşdiyi maddi, iqtisadi itkilər minimuma endirilmiş, ailələrin zəruri ehtiyaclarının dövlət hesabına qarşılanması üçün əməli tədbirlər görülmüşdür. Prezident İlham Əliyevin dünən"Mir" dövlətlərarası nüfuzlu telekompaniyasina verdiyi müsahibəsində qeyd etdiy kimi, Azərbaycan dövləti bu məqsədlər üçün təcili olaraq, 2 milyard dollar həcmində vəsait ayırmışdır. İş yerlərini müvəqqəti itirmiş 700 min muzdlu işçinin əmək haqqlarının əhəmiyyəti hissəsi məhz bu vəsait hesabına ödənilir. Daha çox itkilərə məruz qalan sahibkarlar da dövlət dəstəyindən yararlanırlar. Artıq ikinci aydır ki,600 mindən çox aztəminatlı vətəndaşımız,o cümlədən qeyri-formal sferada çalışan insan dövlətdən sosial müavinət alır.

Epidemioloji şəraitə görə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məcburi məzuniyyətə göndərilən dövlət sektorunda çalışan 900 min  işçi də tam həcmdə məvaciblərini alırlar. Bundan başqa, ölkəmizdə epidemioloji vəziyyət ilə bağlı qəbul olunmuş digər sosial-iqtisadi tədbirlər - vergi tətilləri və güzəştləri, kommunal xərclərin, bank kreditlərinin ödilməsində həyata keçirilən sərfəli şərtlər və s. dövlətimizin bu məsələlərdə də ciddi və sistemli siyasətinin mövcudluğunu göstərir. Bu məqsədyönlü siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, onun qayğıları, problemləri durur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31