Milli Məclis komitələrinin birgə iclası keçirilib

 Mayın 6-da Milli Məclisin İnsan hüquqları komitəsinin və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirilib

Mayın 6-da Milli Məclisin İnsan hüquqları komitəsinin və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirilib. "Olaylar"ın məlumatına görə, iclasda İnzibati Xətalar Məcəlləsinə (üçüncü oxunuş) və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" və "İctimai televiziya və radio yayımı haqqında" qanunlara (üçüncü oxunuş) təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələr keçirilib. Müzakirələrdən sonra məsələlər Milli Məclisə tövsiyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31