Elmar Məmmədyarov ilə Şeyx Abdullah Bin Zayed Əl Nəhya arasında telefon danışığı olub

Xarici İşlər naziri Elmar Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhya ilə telefon danışığı baş tutub.

Xarici İşlər naziri Elmar Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhya ilə telefon danışığı baş tutub. XİN-dən "Olaylar"a verilən məlumata görə, nazirlər hazırki qlobal vəziyyətə toxunaraq, ümumdünya sağlamlıq böhranı ilə mübarizə çərçivəsində iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi apardılar və bu xüsusda, qarşılıqlı dəstək və həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğuladılar. Tərəflər ikitərəfli münasibətlərin daha da inkişafı perspektivləri, o cümlədən ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan konkret məsələlərin həyata keçirilməsini müzakirə etdilər. Pandemiyadan sonra qarşılıqlı turizm xidmətlərinin canlandırılması məsələsi qeyd olundu. Həmçinin telefon danışığı zamanı Azərbaycan və BƏƏ arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs edildi və bu istiqamətdə birgə səylərin artırılmasına dair razılıq ifadə edildi.             

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31