Azərbaycanın nüfuzu beynəlxalq arenada daim inkişafdadır

Mayın 4-də 120 dövlətin təmsil olunduğunu Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü keçirilib. Bu həm siyasi əhəmiyyəti və beynəlxalq xəritədə xüsusi nüfuzu göstərən bir konfrans oldu.

Millət vəkili Şahin Seyidzadə sözügedən videokonfransı bir neçə vacib amillə xrakterizə edib. Bildirib ki, həmin amillərdən biri 120 ölkəni birləşdirən platfomanın sədrliyini edən Azərbaycanın sözçülüyü ilə BMT kimi təşkilatın koronavirusa qarşı mübarizədə gördüyü işlərinin qiymətləndirilməsindən ibarətdir. Belə ki, videokonfransda Azərbaycan Respublikası Prezindenti İlham Əliyev qeyd edib ki, "...BMT Baş katibi Antonio Quterreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul olunmasını və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk..."  Bu qiymətləndirmə və rəyin məhz Azərbaycan Respublikasının Prezidenti təfərindən səsləndirilməsi ölkə olaraq mövqemizin xüsusi əhəmiyyətə və nüfuza malik olmasını göstərir. Digər bir məqam, Azərbaycan tərəfindən ölkəmizin Qoşulmama Hərakatına sədrliyi və pandemiya dövrlərinin üst-üstə düşməsi məqamının yaxşı mənada düzgün istifadə edilməsindən ibarətdir. Bu amili ölkə başçısı videokonfransda səsləndirdiyi fikirləri ilə bir daha təsdiq etdi: "...Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik..." BMT-nin Baş Assambleyası səviyyəsində ölkə başçımız tərəfindən bu əhəmiyyətli təşəbbüsün təqdimi və eyni zamanda, Qoşulmama Hərəkatının üzvləri olan ölkələr tərəfindən bu təklifə dəstəyin olması ilə birgə, videokonfransın yekun sənədinə bu məsələnin daxil edilməsi, Azərbaycanın Qoşulmama Hərakatına sədrlik etdiyi dövrün qlobal səviyyədə praktiki faydasını göstərməklə yanaşı, gələcəkdə təklif olunan təşəbbüsüni stər Qoşulmama Hərəkatı, istərsə də BMT səviyyəsində müxtəlif yekun sənədlərdə yer almasına əsas yaradır. Yəni, ölkə başçısı tərəfindən edilən bu təşəbbüs beynəlxalq arenada ölkəmizin nüfuzunu daha da yüksəlməsinə zəmin yaradır.

Millət vəkili vurğulayıb ki, 120 ölkəni birləşdirən platformada Azərbaycan dövlətinin qlobal pandemiyailə mübarizədə yeri və rolu artmış oldu. Bu nüans Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun fikirlərində təsdiqini tapmış oldu:  "...Mən, həmçinin fürsətdən istifadə edərək Azərbaycan xalqına, Azərbaycan hökumətinə bizə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək Zati-alinizə təşəkkürümü bildirirəm ki, Siz təşkilatımıza əlavə olaraq 5 milyon ABŞ dolları həcmində yardım göstərmisiniz..."  Qətiyyətlə demək olar ki, 120 ölkəni birləşdirən platformada bu fikirlərin səsləndirilməsi Azərbaycanın yüksək nüfuzunu və koronavirusla mübarizdə beynəlxalq səviyyədə dəstəyini bildirir.

Videokonfrans pandemiya ilə mübarizədə dövlətin rəhbərlik və idarəetmənin xüsusi rolu və əhəmiyyətini önə çıxardı.  BMT-nin Baş katib  Antonio Quterreş qeyd etdi ki,  "...Koronavirusla mübarizədə və post-pandemiya dövrlərində qaçınılmaz cəmiyyətin və iqtisadiyyatın sarsılmasından yalnız ölkələrin cəsarətli, uzaqgörən vəəməkdaşlığa əsaslanan rəhbərliyinin qərarları yan keçmək mümkündür..." Beləəliklə, BMT-nin Baş katibi cənab Antonio Quterreşin çıxışında dövlət rəhbərlərin cari krizis menecmentində əsas səriştələri dəqiq təqdim olunub. Bütün bunlar ölkə başçımızın atdığı addımları birbaşa olaraq əks etdirir. Pandemiya dövründə istər koronavirusun yayılması ilə mübarizə istiqamətində, istərsə də aparılan islahatların davamı olaraq verilmiş cəsarətli qərar, stabillik indeksinin "sıfr" səviyyəsində olduğu bir dövrdə bugünə yox, gələcəyə yönəlmiş uzaqgörən baxışlar və son həftələrdə bir sıra, xüsusi ilədə sözügedən bu videokonfransla nümayiş olunan əməkdaşlığa yönələn addımlar tam olaraq Cənab Prezidentin krizis menecmentində aparilan siyasətini dolğun əks etdirir: "Beləliklə, Azərbaycan təkcə milli səviyyədə yox, eyni zamanda, regional və qlobal miqyasda da COVID-19-la mübarizədə səmərəli tədbirlər görür. Bu tədbirlər sözsüz ki, xarici dövlətlərlə birgə alınan qərarlar əsasında koronavirusla mübarizədə görülən işlərlə bağlı sıx əməkdaşlığın və möhkəm həmrəyliyin gücləndirilməsinəəhəmiyyətli töhfələr verir vəbeynəlxalq xəritədə Azərbaycan dövlətin mövqesini daha möhkəm gücləndirir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31