“Zirvə görüşü Azərbaycanın milli maraqlarının reallaşması üçün növbəti addımdır” – Şərh

"Mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü keçirildi. Qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatıldıqları videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də iştirak edirlər".

Bu fikirləri Olaylar.az-a  Prezident yanında İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O bildirib ki, dünən Qoşulmama Hərəkatının tarixində ikinci ilk hadisə baş verdi: "Hərakat tarixində ilk dəfə idi ki, Avropa İttifaqı rəsmisi bu təşkilatın Zirvə toplantısında iştirak edib nitq söylədi. Beləliklə, Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı və ümumilikdə qərb dünyasına qarşı əks qütbdə yerləşən Qoşulmama Hərəkatı ilə Avropa birliyini dünyanı bürüyən kornavirus dövründə bir araya gətirməyə müvəffəq oldu. Beynəlxalq aləmdə baş verən prosseslərin məntiqi elədir ki, məhz indiki vaxtda dünyada münaqişələrin olduğu bir zamanda Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu nəticəsində artmaqdadır.

Dünyada formalaşmış dünya nizami pozulur, yeni güc mərkəzləri yaranır, dövlətlər arasında münasibətlərin xüsusiyyəti dəyişir. Belə bir dövrdə təbii ki, Qoşulmama Hərəkatı dünya arxitekturasında tarazlaşdırıcı və çətinləşdirici amil kimi öz yerini tapmalıdır və bu məsələdə də coğrafi cəhətdən kiçik lakin dünya siyasətində kifayət qədər güclü mövqeyi olan Azərbaycan öz üzərinə düşəni yerinə yetirməkdədir. Təbii ki, Azərbaycan həm də, dünyadakı sülhə və mehriban əlaqələrə tövhə verərək öz milli və dövlət maraqlarının da həyata keçirməsi ilə məşğuldur. Bildiyiniz kimi, Qoşulmama Hərəkatının üzvləri tərəfindən təkcə ötən il Qoşulmama Hərəkatının üzvləri tərəfindən Azərbaycan ərazi bütövlüyünün bərpa olunmasının vacibliyi bildirilmiş, Ermənistan işğalçı adlandırılmışdır".

Politoloq qeyd edib ki, Azərbaycan münaqişənin bizim xeyrimizə nizamlanması üçün də əlindən gələni edir: "Beləliklə, dünyada höküm sürən böhran və münaqişələrin soyuq müharibə dövrü üçün xarakteristik geosiyasi çəkişmələrin gərginləşməsi, terrorizmin yeni forma və təzahürlərinin meydana çıxması habelə assimetrik hədə və təhdidlər son zamanlar isə koronavirus pandemiyası bəlası fonunda dövlət başçısı tərəfindən yeridilən xarici siyasət tərəfindən müəyyən olunmuş strateji hədəflər, dövrün tələblərini özündə ehtiva edir və uzun müddətli prespektivli ölkəmizin davamlı inkişaf və təhlükəsizliyinin təmin edilməsi məqsədi dayışır. Məhz mayın 4-də baş tutan Qoşulmama Hərəkatının koronavirusa qarşı təmas qrupunun Zirvə görüşü və ondan alınan nəticələr də Azərbaycanın milli maraqlarının və dövlət maraqlarının reallaşması üçün atdığı addımların bir hissəsi idi.

Nigar  Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31