Siyavuş Novruzov: “Əli Kərimliyə siyasətçi demək olmaz”

"Burada həmkarım (Razi Nurullayevi nəzərdə tutur - red.) Əli Kərimli ilə bağlı məsələyə toxundu və onu siyasətçi kimi təqdim etdi. Məbu bu fikirlə razı deyiləm, Əli Kərimli siyasətçi deyil, o, siyasi alverçidir". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında deyib. O, bildirib ki, Əli Kərimlinin işi odur ki, Azərbaycanı gözü götürməyən xarici dairələrlə, erməni lobbisi ilə alverə girsin, ölkəmizə qarşı qarayaxma aparsın: "Onun hansı dəyərləri var ki, gəlib dialoqda iştirak etin? Xaricdən buna tapşırıq verənlər desə, dialoqa gələcək. Və orada o həmin dairələrin maraqları ilə gələcək və ona görə də ona siyasətçi demək olmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31