Sahibə Qafarova: “Pandemiya şəraitində həmrəylik böyük önəm daşıyır”

"Qoşulmama Hərəkatının videokonfransı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun göstəricisidir". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib: "Dünən Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə "COVİD 19-a qarşı birlikdəyik" adlı zirvə görüşü keçirilib. 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşşəbüsünə dəstək verməsi və zirvə görüşüə qatılması bir daha Azərbaycanın və onun liderinin beynəlxalq aləmdə nüfuzunun çox yüksək olduğunu göstrərir".

Sahibə Qafarovanın sözlərinə görə, pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır: "Bu qlobal bəlanın yayılmasının qarşısının alınmasında beynəlxalq əməkdaşlıq və həmrəylik vacib əhəmiyyət kəsb edir. Bu istiqamətdə Azərbvaycan öz təşəbbüssləri ilə əməkdaşlıq üçün bir körpü yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31