MM-ə yeni mətbuat katibi təyin edilib
5 May 2020 11:56 SiyasətMilli Məclisdə aparılan kadr dəyişiklikləri parlamentin Mətbuat xidmətindən də yan keçməyib. "Olaylar" xəbər verir ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu vəzifəsindən azad olunub. Milli Məclisin sədri Sahibə Qafarova bu barədə müvafiq sərəncam imzalayıb. Parlamentin yeni mətbuat katibinin adı da açıqlanıb. Spikerin digər sərəncamı ilə Elnar Məmmədli Milli Məclisin mətbuat katibi təyin olunub.
Qeyd edək ki, Elnar Məmmədli bu təyinatadək AzTV-də çalışıb. O, Dövlət Televiziyasında Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsini tuturdu...
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31