Milli Məclisdə Ali Məhkəmənin hakimlərinin təyin edilməsi məsələsi müzakirə edilir
5 May 2020 11:37 SiyasətAzərbaycan parlamenti Ali Məhkəmənin hakimlərinin təyin edilməsi haqqında məsələyə baxıb.
Ali Məhkəməyə hakim namizədlərlə bağlı vitse-spiker Əli Hüseynli məlumat verib.
Qeyd edək ki, "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" layihəyə əsasən, Bakı Apelyasiya Məhkəməsinin hakimləri Kəmalə Abiyeva, Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, Elşad Şamayev, Şirvan Apelyasiya Məhkəməsi sədrinin müavini Ələsgər Novruzov, Gəncə Apelyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyev, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Aqil Abbasov, Çingiz Əsgərov, Bəhman Qəribov və Bəhram Məmmədlinin Ali Məhkəmənin hakimləri təyin olunması təklif edilir.
Əli Hüseynli qeyd edib ki, Ali Məhkəmədə 41 hakim ştatı var.
Onun sözlərinə görə, son dövrlər yaş həddi ilə bağlı 9 vakant ştatı yaranıb.