Azərbaycan COVİD-19 ilə mübarizədə regional və qlobal miqyasda da öz layiqli töhfəsini verir

"Qlobal koronavirus pandemiyasına qarşı bütün gücünü və resurslarını səfərbər edən dövlətimiz Prezident İlham Əliyevin liderliyi ilə xalqımızın həyat və sağlamlığının qorunmasında, epidemiyanın yaratdığı sosial-iqtisadi itkilərin aradan qaldırılmasında xeyli müvəffəqiyyətlər əldə etmişdir. Ölkəmizdə bu sahədə qazanılan müsbət nəticələr və təcrübə dünyada maraqla qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda həyata keçirilən nümunəvi fəaliyyətə görə dəfələrlə ölkəmizin rəhbərliyinə təşəkkür etməsi, nüfuzlu xarici televiziya kanallarının və kütləvi informasiya vasitələrinin bu məsələdə vaxtaşırı bizim milli örnəyimizə yer ayırması söylədiklərimi əyani şəkildə təsdiqləyir". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə  təhlükəli xəstəliklə aparılan mübarizədə yeni, daha mükəmməl tədbirlər ələ alan dövlətimizin rəhbərliyi təkcə öz vətəndaşlarımızın qayğısına qalmır, bəşəri sağlamlığa, pandemiyanın bütün dünyada məhv edilməsinə istiqamətlənmiş addımlar atır: " Hələ 2020-ci il aprel ayının 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk dövlətlərinin videokonfrans formatında keçirilmiş Zirvə görüşündə ölkəmizin rəhbəri bütün dünyaya çağırış etdi ki, bu qlobal bəla ilə səmərəli mübarizənin bəşəriyyətin səylərinin birləşdirilməsindən keçir. Yeri gəlmişkən, Türk Şurası Sammiti dünyada dövlət başçıları səviyyəsində koronavirus problemini müzakirə edən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü. Elə həmin Zirvə toplantısından sonra nəinki Türk dövlətləri, eləcə də, digər ölkələr pandemiyaya qalib gəlmək üçün əməkdaşlığı xeyli genişləndirdilər. Beynəlxalq ictimaiyyətin koronavirus əleyhinə apardığı mübarizədə həmrəyliyin daha da güclənməsi üçün Azərbaycan Prezidenti yeni konkret addımlar atır. Budur, həmin önəmli işlərdən biri də Prezident İlham Əliyevin çağırışı ilə hazırda ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə "COVİD-19-a qarşı birlikdəyik" ( "United against COVİD-19") mövzusunda Zirvə görüşünün keçirilməsidir. Qoşulmama Hərəkatında 120 dövlətin təmsilçilik prinsipləri əsasında Avropa, Asiya, Afrika, Cənubi Amerikada yerləşən 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatıldığı videokonfransda BMT Baş Assambleyasının sədrinin, Afrika İttifaqının komissiyasının sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun da bu mötəbər tədbirə qatılmaları , BMT Baş katibinin, Avropa İttifaqının ali nümayəndəsinin videomüraciətlərinin təqdim edilməsi cənab İlham Əliyevin təşəbbüsünün bütün planetimiz üçün, bəşəriyyətin gələcəyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini göstərir. Çünki, koronavirus bütün dünyada fəlakət halı yaradıb. Onu yalnız birgə səylər və qarşılıqlı dəstəklə məhv edə bilərik. Gördüyünüz kimi, Azərbaycan həm milli səviyyədə COVİD-19 ilə mübarizədə çox uğurlu işlər görür həm də regional və qlobal miqyasda pandemiya ilə mübarizədə öz layiqli töhfəsini verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31