MM-in növbəti iclasının gündəliyi təsdiqlənib

Mayın 5-də Milli Məclisin növbətin plenar iclası keçiriləcək. "Olaylar" xəbər verir ki, artıq plenar iclasın gündəliyi təsdiqlənib. Belə ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib. İclasda "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında", "Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında", "Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında", "Dövlət rüsumu haqqında", Vergi Məcəlləsinə və s qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31