Səfa Mirzəyev şöbə müdirlərini rəhbərliyə təqdim edəcək
4 May 2020 13:49 SiyasətMilli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bu gün parlamentin iki şöbəsinin müdiri ilə iclas keçirəcək. "Olaylar"ın əldə etdiyi məlumatına görə, S.Mirzəyev Dövlət quruculuğu və inzibati qanunvericilik, Sosial və iqtisadi qanunvericilik şöbələrinin müdirləri - Hacı Mirhəşim Seyid və Məhəmməd Bazıqovla iclas keçirəcək. İclasda Səfa Mirzəyev həmin şöbə müdirlərini Milli Məclis rəhbərliyinə təqdim edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31