Rumıniya mətbuatı İlham Əliyev HAQQINDA: "Hətta belə ağır durumda belə Azərbaycan..."
2 May 2020 19:14 SiyasətRumıniya mətbuatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirus pandemiyası ilə mübarizədə uğurlu siyasətindən yazıb.
Publika az həmin yazını təqdim edir:
"2020-ci il tarixə pandemiya dövrü kimi düşdü. Bütün dünya bu təhlükəli xəstəliklə mübarizə aparır. Hazırda hər kəsin gözü dünya liderlərinin atacağı qətiyyətli addımlara dikilib. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pandemiyaya qarşı yönəlmiş siyasəti alqışlanandır. Azərbaycanın 20 faiz ərazisi erməni istilaçılarının işğalı altındadır. Qarabağ erməni separatçılarının əsarətindədir. Hətta belə ağır durumda belə Azərbaycan dünyaya yayılmış pandemiya ilə çox uğurlu mübarizə yolunu seçib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31