“Azərbaycan yeni idarəçilik epoxasına başlayır” – Şərh
2 May 2020 11:48 Siyasət"Prezident İlham Əliyev yeni Baş prokuror ilə videokonfrans vasitəsilə görüşündə bir sıra vacib məqamlara toxunaraq ictimaiyyətə, məmurlara anonslar da verdi. Azərbaycanda son zamanlar həyata keçirilən islahatlar göz qabağındadır. Uzun illərdən bəri istər mərkəzi, istərsə də regional idarəçilkdə dərin kök salmış məmur- vətəndaş yanaşması bir müddət sonra təmamilə tarixin arxivlərinə gedəcək. 30 il ərzində dövlətin ayrı- ayrı strukturlarında oturuşmuş məmurlar tədricən kresloları ilə , onlara nə qədər ağır olsa da vidalaşmaqdadırlar".
Bu fikirləri Olaylar.az-a Bakı Politoloqlar klubunun sədri Zaur Məmmədov deyib.
O bildirib ki, Azərbaycan yeni idarəçilik epoxasına başlayır: "Güclü qalmaq, çağdaş modernləşən dünyadakı iqtisadi proseslərdən geridə qalmamaq üçün mütləq şəkildə rüşvətxorluğa qarşı mübarizəni daha da gücləndirmək, məmur özbaşnalığına və süründürməçiliyinə son qoymaq lazımdır.
Dünən, Prezident İlham Əliyev bir daha, bu dəfə, daha da açıq və konkret olaraq hər kəsə xəbərdarlıq etdi. İcra başçıları və mərkəzi idarəetmədə vətəndaşını və dövlətini düşünməyən məmurlara qarşı tədbirlər görüləcək".