İcra strukturları yarıtmaz məmurlardan xilas edilməlidir- YUNUS OĞUZ
2 May 2020 05:07 SiyasətYUNUS OĞUZ
Vətəndaşların malına göz tikən məmurlar cəzalandırılmalıdır
Dünya iqtisadiyyatını çökdürmüş, dəhşətli əlamətləri ilə insanları təşvişə salmış koronavirus pandemiyasının ikinci dalğası müşahidə olunmaqdadır. Artıq dünyanın inkişaf etmiş ölkələri belə bu dəhşətli epidemiyanın qarşısını almaqda çarəsiz qalıblar. Bir sıra Avropa ölkələrindən fərqli olaraq ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanı bürüyən COVİD-19 pandemiyasına qarşı Azərbaycan dövləti qəti tədbirlər həyata keçirir. Bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş təxirəsalınmaz qərarlar ölkəmizin bu bəladan minimum itkilərlə çıxmasına zəmin yaradır. Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycanda həyata keçirilən sosial izolyasiya tədbirləri, əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi üçün ortaya qoyulan tədbirlər paketi, ölkə iqtisadiyyatının dayanıqlığı, əhalinin həssas təbəqəsinin sosial rifahının təmin edilməsi istiqamətində atılan addımlar buna bariz nümunədir. Çox təəssüflər olsun ki, ölkə prezidenti və birinci vitse-prezidentin şəxsi təşəbbüsü və tövsiyyələri ilə aztəmaniatlı vətəndaşlar üçün nəzərdə tutulan sosial dəstək proqramının icrasında neqativ hallara yol verilir. Xüsusən, dövlət aparatında çalışan, nəinki iqtidara, eyni zamanda dövlətçiliyə, xalqa xəyanət edən bir sıra insanlar var ki, onlar ölkəmizdə pandemiya dövrü aparılan sosial dəstək siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlərə yol veriblər. Belə ki, çoxsaylı şikayətlər, korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama nəticəsində həbs olunmuş Ağstafa, Yevlax, Neftçala rayon İcra Hakimiyyətlərinin başçılarından nəticə çıxarmayan növbəti şəxs Biləsuvar rayon İcra Hakimiyyətinin başçısıdır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı dövlətin mənafeyinə ciddi zərbə vurmuş, pandemiya dövrü ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış maddi dəstəyi qanunsuz olaraq mənimsəmişdir. Heç şübhəsiz ki, Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılacaqlar. Xatırladaq ki, dövlət başçısı dəfələrlə prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər vəzifəli şəxslərin əsas vəzifəsinin xalqa xidmət etmək olduğunu deyib, şəffaflığın təmini ilə bağlı mühüm mesajlar verib. Xalqın malına göz dikən məmurlar üçün nümunə elə cənab Prezidentin özü və birinci vitse-prezident Mehriban Əliyevadır, onların apardığı siyasətdir. Onların əhalinin həssas qrupuna, xüsusən, şəhid ailələrinin üzvlərinə münasibəti, onlara bərabər tutulan vətəndaşlara dərin hörmət və ehtiramı sözün əsil mənasında bir örnəkdir. Məmurlar da bundan nümunə götürməli, aztəminatlı ailələrə göstərilən dövlət qayğısını ləyaqətlə icra etməlidirlər. Başqa sözlə, məmurun vəzifəsi Prezidentin təyin etdiyi şəxs olaraq əhaliyə xidmət etməkdir. Çox təəssüf ki, bəzi məmirlar, xüsusən yerli isra hakimiyyəti orqanlarının rəhbərləri bunu dərk etməyərək öz çirkin fəaliyyətləri ilə dövlətin adına ləkə vurmuş olurlar. Prezidentin onlara göstərdiyi etimada hörmətsizlik edərək vətəndaşların haqqına girmiş olurlar. Odur ki, prezidentin dediyi kimi Azərbaycanda hər şey şəffaf olmalı, məmurların fəaliyyəti qanun çərçivəsində olmalıdır. Yerli icra orqanları rəhbərlərinin vərtəndaşlara münasibəti kökündən dəyişməlidir. Tutduqları vəzifədən siu-istifadə edərək dövlət başçısının tapşıtığını qeyd-şərtsiz icra etmək əvəzinə, regionlarda əhalinin kasıb təbəqələri üçün nəzərdə tutulan yardımı mənimsəyən məmurlar qanunun ən sərtliyi ilə cəzalandırılmalıdır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatlarının növbəti mərhələsi həyata keçirilməkdədir. Artıq özünü doğrultmayan bir sıra icra başçıları gənc, intellektual, müasir idarəetmə təcrübəsinə malik kadrlarla əvəzlənib. Birmənalı şəkildə qeyd etmək olar ki, bu istiqamətdə addımlar bundan sonra da davam etdiriləcək və Azərbaycan dövlətinin bütün strukturlarında zəruri islahatlar davam edəcək. Heç şübhəsiz ki, dövlət başçısının yürütdüyü bu siyasət məmurların harınlaması, özbaşınalıq hallarının aradan qaldırılması, xalqın, dövlətin malını mənimsəməsinə son qoyacaq. Azərbaycanın inkişaf səviyyəsi, beynəlxalq aləmdəki nüfuzu, dünyada söz sahibinə çevrilməsi zəruri edir ki, dövlət rüşvətxor, harınlamış məmurlardan xilas olsun. Artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının yeni Baş Prokurorunu təyin edib. Bu posta Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin namizədliyinin verilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Yeni seçilmiş Baş prokuror öz çıxışında siyasi, hüquqi islahatların, eləcədə aparılan kadr islahatlarının ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirdiyini qeyd edib. Bununla yanaşı, bu gün Azərbaycan parlament tarixində bir ilk yaşandı. Azərbaycan Respublikasında İcra Hakimiyyəti ilə Qanunvericilik Hakimiyyəti arasında əlaqə məhz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən həyata keçirildi. Bu da ölkədə aparılan siyasi islahatların dərinləşməsinə və yeni siyasi konfiqurasiyanın formalaşmasına dəlalət edir. Sadalanan faktlar əminlik yaradır ki, dövlət qulluqçusu adına ləkə gətirən məmurlar icra strukturlarından təmizlənəcək, Azərbaycanda demokratiya və şəffalıq tam təmin olunacaq.