Siyavuş Novruzov: “Nazir qalıb kənarda bunun mətbuat xidməti xalqa “əlləzinə” oxuyur”

Milli Məclisin Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov bəzi nazirliklərin aparatlarında islahatların aparılmasını vacib hesab edir. "Olaylar"ın  xəbərinə görə, S.Novruzov parlamentin mayın 1-də keçirilən iclasında Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı bildirib ki, bəzi nazirliklərin aparatları şişirdilmiş aparatlardır. Onun fikrincə, Hesablama Palatası bu məsələyə diqqət yetirməlidir. S.Novruzov dövlət qurumlarında aparat rəhbərlərinin təyin olunması məsələsinə də toxunub: "Hamı aparat rəhbəri təyin edir. Mənzil istismar sahəsindın tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harda qalır?".

S.Novruzov əlavə edib ki, bütün nazirliklərdə mətbuat xidmətlərin təyin olunmasına da toxunub. O qeyd edib ki, mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır: "Karantin dövründə də gördük ki, nazir qalıb kənarda bunun mətbuat xidməti xalqa "əlləzinə" oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmıra getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31